Təhtəlhesab şəxs şirkətin xərclərini şəxsi kartından ödəyə bilər?

posted in: muhasibat, Xəbər | 0

Təhtəlhesab şəxsSual: Hüquqi şəxs olaraq (ƏDV ödəyicisi kimi qeydiyyatdan keçən müəssisə) “Azərsu” ASC-yə olan kommunal ödənişi işçiyə təhtəlhesab məbləğ kimi (30 000 AZN-dən yuxarı olmamaq şərti ilə) verərək və işçi də özünə məxsus plastik kartla ödəniş edərsə, bu gələcəkdə müəssisə üçün hər hansısa bir problem yarada bilərmi? Əvvəlcədən öz minnətdarlığımı bildirirəm.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Cavab: Bildiririk ki, Azərbaycan Respublikasında mühasibat uçotunun aparılmasında əsas prinsiplərdən biri müəssisənin maliyyə hesabatlarında informasiyanın düzgün təqdimatı onun maliyyə vəziyyətinin və fəaliyyətinin maliyyə nəticələrini qərəzsiz, təhrifsiz, manipulyasiyasız və ya əhəmiyyətli faktları gizlətmədən, mahiyyətin formadan üstünlüyü konsepsiyası əsasında, mümkün qədər obyektiv əks etdirməsini nəzərdə tutur. Bu o deməkdir ki, Konseptual Əsasların və ya müvafiq Milli Mühasibat Uçotu Standartının tanınma meyarlarına uyğun gələn və hesabat tarixinə və ya hesabat dövründə mövcud olan aktivlərə, öhdəliklərə, kapitala, gəlirlərə və xərclərə təsir göstərmiş bütün təsərrüfat əməliyyatları və digər hadisələr maliyyə hesabatlarında düzgün əks etdirilməlidir. Hüquqi şəxsin əməkdaşının “Azərsu” ASC üçün üçüncü şəxs hesab olunduğunu nəzərə alaraq, sorğunuzda qeyd olunan şəkildə hesablaşmanın aparılması cəmiyyət tərəfindən ödənişin hüquqi şəxsin borcunun ödənişi kimi tanınmamasına əsas verəcəkdir. Digər tərəfdən, bankomat verilən çıxarışının müəssisənin təyinatı üzrə çəkdiyi xərci təsdiqləyən sənədin identikləşdirilməsində də müəyyən çətinliklər yarana bilər.

Bax: Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 23 iyul 2007-ci il tarixli I – 73/1 nömrəli əmri ilə təsdiq edilmiş “Kommersiya təşkilatları üçün milli mühasibat uçotu standartlarının konseptual əsasları”.

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *