satışların hesablanmasıƏgər hər hansı əməliyyat təkrar olaraq üç və ya dörd dəfədən çox təkrarən edilirsə, həmin əməliyyatı mütləq avtomatlaşdırmağa çalışmaq lazımdır. Hamı bilir ki, mühasibatlıqda təkrarlanan əməliyyatların sayı çoxdur. Bunlara eyni tipli sənədlər, məsələn təhvil-təslim aktları, etibarmanələr, arayışlar, müqavilələr və s aiddir.

Bu tip sənədləri avtomatlaşrımağa cəhd edirik və bu gün nümunə üçün təhvil-təslim aktı üçün düzəltiyimiz şablonu paylaşmaq istəyirik. Şablon çox sadədir və təhvil-təslim aktlarının yaradılmasını sürətləndirir.

Qeyd edək ki, bu şablonda Excelin Table funksionallığından istifadə edilib, və bu şablon excelin 2007-ci ildən sonrakı versiyalarında işləyəcəkdir.

Cədvəl akt, baza və qısa təlimat adlı 3 listdən ibarədir. İlk olaraq lazım olan məlumatları baza hissəsinə əlavə edirsiniz:

Təhvil-təslim aktının avtomatlaşdırılması

Bundan sonra yuxarıda sarı rəngli xana var. Həmin xanaya 3 rəqəmi yazırsınız. Bu o deməkdir ki, 3-cü sətir rəngini qara rəngə dəyişərək aktiv olacaq. Yəni sarı xanadakı rəqəm cədvəlin sıra sayı sətrindəki rəqəm olduqda, həmin sətir aktivləşir:

Təhvil-təslim aktının avtomatlaşdırılması

Bu əməliyyatdan sonra, akt listinə keçirik, və bizim akt hazırdır. Həmin aktı artıq çap edə bilərsiniz.

Oxşar qaydada müqavilə, etibarnamə və s. şablonlar da hazırlamaq olar.

Şablonu aşağıdakı linkdən yükləyə bilərsiniz.

Yükləyin: Təhvil-təslim aktının avtomatlaşdırılması

Digər excel texnikalarını müəllif Zaur İsmayılovun telegram kanalı vasitəsilə də öyrənə bilərsiniz.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email