“Tələbnamə”ni necə yazmalı?

posted in: Xəbər | 1
birbank biznes

“Tələbnamə” nədir və necə yazılır?

vergi, "Tələbnamə" nədirTələbnamə ərəb mənşəli “tələb” (istəmək, tələb etmək) və fars mənşəli “namə” (məktub, əsər, bəzən də yazı) sözlərinin birləşməsindən yaranıb. Bir şeyin verilməsi və ya bir işin görülməsi, yaxud bir şəxsin müəyyən adamın sərəncamına göndərilməsi haqqında rəsmi yazılı xahişdir.

Tələbnamə hər hansı bir şeyi tələb etmək, istəmək məqsədilə yazılmış sənəddir. Tələbnamə ərizədən fərqli olaraq, yalnız xahiş-istəmə məqamında yazılır. Onların tərtib formaları, demək olar ki, eynidir.


Bakı şəhəri Mənzil – Kommunal Təsərrüfatı Birliyinə
47 saylı orta məktəbin direktoru Ə.Səfərovdan

Tələbnamə

Son günlər hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar dolunun yağması nəticəsində məktəbimizin dam örtüyü yararsız hala düşmüşdür. Təmir–tikinti briqadasını göndərərək bu problemin aradan qaldırılmasında bizə yardımçı olmanızı xahiş edirik.


7 nömrəli dəftərxana mağazasının
direktoruna

Tələbnamə

Aşağıdakı dəftərxana ləvazimatlarını köçürmə yolu ilə buraxmağınızı xahiş edirik:
1. Dəftərxana kitabı-100 əd.
2. Kağıztikən qovluq-100 əd.
3. Kağız üçün qovluq-100 əd.
4. Diyircəkli qələm-30 əd.
5. Diyircəkli qələm içi-100 əd.
6. Adi qələm-30 əd.
7. Xətkeş -30 əd.
8. Yapışqan-40 əd.
9. Pozan-30 əd.
10. Dəftərxana düyməsi-20 əd.
11. Sancaq-20 əd.
12. Deşikaçan-20 əd.
13. Stolüstü təqvim-20 əd.
14. Əlifbalı dəftərçə-20 əd.
15. Qeyd aparmaq üçün kağız-40 dəst
16. Qeyd dəftəri-30 əd.
17. Möhür yastıqçası-10 əd.
18. Möhür boyağı-10 şüşə
19. Mürəkkəb-5 şüşə

Bizim hesabımız: Bakı şəhəri, Muğan Kommersiya Bankının Yasamal rayon şöbəsi hesab № 6854653

Pulun ödəniləcəyinə təminat veririk.

«Fidan» EİB-in direktoru:                                            Ə. Əliyev

Baş mühasib:                                                              N. Abbasov

Faylı yükləyin: Tələbnamə – Nümunə


Həmçinin bax: “Vəkalətnamə”ni necə yazmalı??


Print Friendly, PDF & Email

  1. Elbrus
    |

    Məncə “sifariş” daha məqsədəuyğun olardı. Tələbnamə bir az kobud səslənir…