POS-terminalla ödəmə zamanı NKA çekinin verilməsi dövriyyəni ikiqat artırır?

posted in: Xəbər | 0
birbank biznes

Sual: Hotel fəaliyyəti zamanı müştərilər yalnız xarici vətəndaşlardan ibarət olduğu üçün ödənişlər nağd şəkildə deyil, yalnız plastik kartla POS terminal vasitəsi ilə ödənilir. Müştəri nağd deyil Pos terminal vasitəsi ilə köçürmə edən zaman eyni məbləğə NKA çeki də verilməlidirmi? Əgər eyni məbləğə NKA çeki də verilməlidirsə eyni dövriyyənin 2 qat hesablanacağı barədə gələcəkdə vergi orqanı tərəfindən irad bildirilərmi? Xahış edirəm gələcəkdə bu halları nəzərə alaraq bizə rəsmi cavab verəsiniz.

Həmçinin bax: POS-terminal vasitəsilə ödənilən məbləğin NKA-ya vurulmamasına görə bizi hansı cərimələr gözləyir?

Cavab: İstehlakçının hüquqununun təmin olunması məqsədi ilə xidmətin dəyəri nağdsız qaydada POS-terminal vasitəsi ilə ödənildikdə vergi ödəyicisi tərəfindən alıcıya məbləğin ödənildiyini təsdiqləyən POS-terminal çıxarışı ilə yanaşı Vergi Məcəlləsinin 50.8-ci maddəsində qeyd olunan göstəriciləri özündə əks etdirən NKA çekləri də təqdim edilməlidir. Vergitutma məqsədləri üçün eyni məbləğin həm POS-terminala, həm də nəzarət-kassa aparatına daxil edilməsi halı nəzərə alınaraq bu əməliyyatlara bir əməliyyat kimi baxılmalı və bəyannamə tərtib edilərkən əməliyyatların biri nəzərə alınmalıdır.

Həmçinin bax: Hansı halda banka daxil olmuş vəsaitə görə NKA çeki verilməlidir?

Bax: Vergi Məcəlləsinin 16.1.8-ci, 16.1.9-cu, 50.8-ci və 58.7-ci maddələri, Azərbaycan Respulikasının 19.09.1995-ci il tarixli, 1113 nömrəli “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunu.

Mənbə: taxes.gov.az

Həmçinin bax: Mehmanxanalarda NKA və POS-terminal yerləşdirilməlidir?

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email