Mühasibin qorxulu yuxusu olan Təsdiqlənməmiş Azalmalar hansı qanunla tənzimlənir?

posted in: Vergi, Xəbər | 0
birbank biznes
Təsdiqlənməmiş AzalmalarSual: Vergi ödəyicilərinin şəxsi hesab vərəqəsində təsdiqlənməmiş azalmalar sətri mövcuddur və bu sətrdə qeydlərin edilməsi vergi ödəyicisinin təqdim etdiyi məlumatlar əsasında səhvən hesablanmış verginin azaldılması hüququnu məhdudlaşdırır. Təsdiqlənməmiş azalmalar hansı qanunverici aktla tənzimlənir və vergi ödəyicisi bu tip azalmaları hansı şərtlər daxilində təsdiqlədə bilər?
Cavab: Bildiririk ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş dəqiqləşdirilmiş vergi bəyannaməsi bidirişlə bağlı olmadıqda həmin bəyannamə üzrə “Bəyannamələrin kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalar”ının müddəalarına uyğun olaraq kameral vergi yoxlaması aparılır. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Vergi ödəyicisi tərəfindən kameral vergi yoxlaması nəticəsində hesablanmış vergi məbləği mübahisələndirilərsə bu zaman vergi ödəyicisinin özünün və ya onun nümayəndəsinin iştirakı ilə araşdırma aparılmaqla vergi orqanı tərəfindən aşağıdakı qərarlardan biri qəbul edilir: – Kameral vergi yoxlamasının nəticəsi tam ləğv edilir; – Kameral vergi yoxlamasının nəticəsi qismən ləğv edilir; – Kameral vergi yoxlamasının nəticəsi qüvvədə saxlanılır; – Səyyar vergi yoxlanılmasının keçirilməsi məsələsinə baxılması üçün materiallar audit strukturuna göndərilir. Həmçinin, kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər.
Əlavə olaraq bildiririk ki, hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Hüquqlarınızın pozulduğunu hesab etdiyiniz təqdirdə özünüz və ya səlahiyyətli nümayəndəniz vasitəsi ilə ətraflı məlumatla Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Bax: Vergi Məcəlləsinin 37-ci, 62-ci və 70-ci maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 07.09.2016-cı il tarixli 1617050000011400 nömrəli qərarı ilə təsdiq edilmiş və 22.09.2016-ci il tarixdə 15201609071400 nömrə ilə Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş “Bəyannamələrin kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalar”.
Mənbə: taxes.gov.az

Faylı yükləyin: Bəyannamələrin kameral vergi yoxlamasının aparılması qaydaları haqqında Metodiki Göstərişlər


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email