Təsisçi borc verdikdə müqavilədə faizin əks edilməsinin zəruriliyi

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Təsisçi borc verdikdə müqavilədə faizin əks edilməsinin zəruriliyi.

Sual: Vergi ödəyicisi olmayan təsisçi təsisçisi olduğu hüquqi şəxsə borc verərsə,
1) Müqavilədə faiz qeyd oluna bilərmi?
2) 1-ci sualın nəticəsindən asılı olaraq proses hansı formada rəsmiləşdirilir?

Cavab: Bildiririk ki, Mülki Məcəllənin 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Mülki Məcəllədə göstərildiyi hallar istisna olmaqla müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir.

Eyni zamanda nəzərinizə çatdırırıq ki, müəyyən müddətə və faizlər (komisyon haqqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaiti kredit sayılır, kreditlərin verilməsi isə bankların və bank olmayan kredit təşkilatının fəaliyyətinə aid edilərək lisenziya tələb edən fəaliyyət növlərinin siyahısına daxil edilmişdir. Müvafiq olaraq da lisenziyası olmayan fiziki və ya hüquqi şəxs tərəfindən ona məxsus pul vəsaitlərinin faiz ödəmək şərti ilə digər şəxsə verilməsi qanunun tələblərinə uyğun deyildir.

Qanunun tələblərinə uyğun olmayan fəaliyyət nəticəsində gəlirin əldə olunması həmin şəxsi vergi öhdəliklərindən azad etmir və bu şəkildə faiz gəlirlərini ödəyən vergi ödəyicisi 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergini tutmalı, bəyan etməli və dövlət büdcəsinə ödəməlidir.

Kredit siyasətinə dair əlavə məlumatın alınması üçün aidiyyəti üzrə Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət etməyiniz məqsədəuyğundur.

Bax: Vergi Məcəlləsinin 96-cı və 123-cü maddələri

Mənbə: www.taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email