Təsisçi ilə şirkət arasında bağlanan borc müqaviləsi nümunəsi

birbank biznes

Saytımızın izləyicilərinin xahişi ilə Təsisçi ilə bağlanan borc müqaviləsi nümunəsini sizə təqdim edirik. Həm ümumu şəkildə nəzər yetirə bilər, həm də faylı yükləyərək əldə edə bilərsiniz.


Təsisçi ilə şirkət arasında bağlanan borc müqaviləsi

Bakı şəhəri                                                                                                                30 OKTYABR 2018-ci il

Bir tərəfdən Azərbaycan Respublikası vətəndaşı, “XXXXXXXXX” MMC-nin təsisçisi YYYY YYYY YYYY oğlu, bundan sonra «Borc verən» adlanacaq və digər tərəfdən  “XXXXXXXXX” Məhdud Məsuliyyətli Cəmiyyəti, XXXX XXXX XXXX qızı şəxsində, bundan sonra «Borc alan»  adlanacaq, aşağıdakı şərtlər əsasında bu müqaviləni (bundan sonra «Müqavilə» adlanacaq) bağladılar.

1. Müqavilənin predmeti

1.1. Müqaviləyə görə «Borc verən» bu Müqavilənin 1.3-cü maddəsində göstərilən pul məbləğini (bundan sonra «Borc» adlanacaq) «Borc alan»a verməyi, «Borc alan» isə aldığı borcu müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada «Borc verən»ə qaytarmağı öhdəsinə götürür.

1.2. Bu müqavilə üzrə borc 12 (on iki) təqvim ayı müddətinə verilir və həmin müddət başa çatanadək tam həcmdə «Borc verən»ə qaytarılmalıdır.

1.3. Bu müqavilə üzrə borcun məbləği 100 000 (bir yüz min) manatdır.

1.4. Borc «Borc alan»a “XXXXXX” MMC-nin cari xərclərini ödəmək və Əsas vəsitlərin alınması məqsədləri üçün verilir.

1.5. Borc məbləğinin verilməsi və alınması Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq həyata keçirilməlidir.

1.6. Bu Müqavilə və pulun ödənilməsini təsdiq edən sənəd borcun verilməsini təsdiq edən  sənədlər kimi çıxış edir.

2. Tərəflərin hüquq və vəzifələri

2.1.  «Borc verən»in hüquqları:

2.1.1. Borc alan bu Müqavilə ilə üzərinə götürdüyü öhdəliklərdən hər hansı birini və ya bir neçəsini vaxtında və lazımınca icra etmədiyi  təqdirdə müqaviləni birtərəfli qaydada ləğv etmək və borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək;

2.1.2. Borc alan bu Müqavilə ilə üzərinə götürdüyü öhdəliklərdən hər hansı birini və ya bir neçəsini vaxtında və lazımınca icra etmədiyi təqdirdə ümumi borc məbləğinin 10% miqdarında cərimə tələb etmək;

2.1.3. Müqavilə ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımi qaydada icra edilməsini və onların pozulmasına yol verilməməsini «Borc alan»dan tələb edir.

2.2.  «Borc verən»in vəzifələri:

2.2.1. Bu Müqavilədən irəli gələn pul öhdəliklərinin tam və ya qismən icra edilməsi barədə «Borc alan»a onun tələbi ilə təsdiqedici sənəd(lər) təqdim etməyi;

2.2.2. Müqavilə ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımi qaydada icra edilməsini və onların pozulmasına yol verilməməsini öhdəsinə götürür.

2.3. «Borc alan»ın hüquqları:

2.3.1. Bu Müqavilədən irəli gələn pul öhdəliklərini tam və ya qismən vaxtından əvvəl icra etmək;

2.3.2. Müqavilə ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımi qaydada icra edilməsini və onların pozulmasına yol verilməməsini «Borc verən»dən tələb edir.

2.4. «Borc alan»ın vəzifələri:

2.4.1. Borcu  Müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada «Borc verən»ə qaytarmağı;

2.4.2. Borcu vaxtında və tam həcmdə ödəməzsə ödəmənin gecikdirildiyi hər gün üçün ümümi borc məbləğinin gündəlik 0.01% miqdarında penya ödəməyi;

2.4.3. Bu Müqavilə ilə üzərinə götürdüyü öhdəliklərdən hər hansı birini və ya bir neçəsini vaxtında və lazımınca icra etmədiyi təqdirdə ümumi borc məbləğinin 5% miqdarında cərimə ödəməyi;

2.4.4. Müqavilə ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımi qaydada icra edilməsini və onların pozulmasına yol verilməməsini öhdəsinə götürür.

3. Borcun qaytarılması şərtləri

3.1. Borc bu müqavilənin 1.2-ci maddəsində göstərilən müddət bitənədək tam həcmdə «Borc verən» ə qaytarılır.

3.2. Borc «Borc verən» ə və ya onun nümayəndəsinə nağd olaraq qaytarılır və borcun qaytarılması  tərəflər arasında təhvil aktının imzalanması ilə həyata keçirilir.

3.3.«Borc verən» borcun qaytarılması müddəti üçün möhlət müəyyən edə bilər.

4. Müqavilənin hüquqi qüvvəsi və ləğv edilməsi

4.1. Bu Müqavilə Tərəflərin imzaları ilə təsdiq edildiyi andan hüquqi qüvvəyə minir və «Borc alan» tərəfindən borc və digər pul tələbləri üzrə öhdəliklərin «Borc verən»ə tam həcmdə icra olunduğu andan qüvvədən düşür.

4.2.  «Borc alan» yalnız borcu və «Borc verən»in digər pul tələblərini tam icra etdikdən sonra bu Müqaviləni birtərəfli qaydada vaxtından əvvəl ləğv edə bilər.

5. Tərəflərin məsuliyyəti

5.1. Bu Müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən Tərəf digər Tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı Tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir.

6. Əlavə şərtlər

6.1. Bu müqavilə Azərbaycan dilində, 2 (iki) nüsxədə tərtib edilmişdir, nüsxələr eyni hüquqi qüvvəyə malikdir və nüsxələrdən biri «Borc verən»də, digəri isə «Borc alan»da saxlanılır.

6.2. Bu müqavilə ilə nəzərdə tutulan hallar istisna olmaqla, onun şərtlərinin dəyişdirilməsinə tərəflərin razılığı ilə yol verilir. Müqaviləyə edilən əlavə və dəyişikliklər yazılı qaydada aparılır və tərəflərin imzaları ilə təsdiq edildiyi andan hüquqi qüvvəyə minir.

7. Mübahisələrin həlli

7.1. Bu müqavliənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir.

7.2. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının məhkəmələri vasitəsilə həll ediləcəkdir.

7.3. Bu müqavilə ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə tənzimlənir.

8. Tərəflərin hüquqi ünvanı və rekvizitləri

«Borc verən»

YYYYY YYYYY YYYYY oğlu

______________________

İmza

«Borc alan»

“XXXXXXXXXX” Məhdud

Məsuliyyətli Cəmiyyəti

VÖEN:_______________

Direktor

XXXXXXXXX XXXXXX qızı

______________________

imza

 

Faylı yükləyin: Təsisçi ilə şirkət arasında bağlanan borc müqaviləsi

Müəllif: Ramin Ramazanov / Muhasibat.Az MMC-nin Direktoru


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Print Friendly, PDF & Email

2 Responses

  1. Gülsara
    |

    Salam. Mən bu müqavilənin kopyasını götürmək istəyirəm. Ancaq alınmır. Necə edə biləcəyimi deyərsinizmi?

  2. Muhasibat.Az
    |

    Salam. Zəhmət olmazsa, bu keçidə daxil olmaqla yükləyin: https://audit.az/tesisci-ile-baglanan-borc-muqavilesi/