Təsisçi vəfat edərsə MMC-ni necə ləğv etmək olar?

posted in: Xəbər | 0

Təsisçi vəfat edərsə MMC-ni necə ləğv etmək olar?


Sual: Uzun müddət (altı il) fəaliyyəti dayandırılmış MMC-nin təsisçisi vəfat edərsə MMC-ni necə bağlamaq olar?

Cavab: Bildiririk ki, hüquqi şəxsin təsisçisi vəfat etdikdə Mülki Məcəllənin 10-cu bölməsinin tələblərinə uyğun olaraq vərəsəlik notarial qaydada və ya məhkəmə qaydasında müəyyən edilir. Bundan sonra ölmüş təsisçinin (iştirakçının) vərəsəsi kimi tanınmış şəxs müvafiq təsdiqedici sənəd (notarial qaydada təsdiq edilmiş vərəsəlik şəhadətnaməsi və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı) əsasında qurumun təsisçisi qismində tanınır. Sonrakı proseslər isə qanunvericiliyə uyğun olaraq yerinə yetirilməlidir. Eyni zamanda bildiririk ki, fəaliyyətini dayandırmış vergi ödəyicisinin ləğvi hüquqi şəxslərin ləğv olunmasının ümumi qaydasında həyata keçirilir.


Hüquqi şəxsin ləğv proseduru haqqında məlumatla keçidə daxil olmaqla tanış ola bilərsiniz.

Bax: Vergi Məcəlləsinin 145-ci (hüquqi şəxsin ləğv edilməsi) maddəsi, Mülki Məcəllənin 10-cu bölməsi, Azərbaycan Respublikasının 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli “Hüquqi şəxsin dövlət qeydiyyatına alınması və dövlət reyestri haqqında” Qanunu.

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *