Təsisçidən borcu nağd şəkildə almaq və geri qaytarmaq olar?

posted in: Xəbər | 0
birbank biznes

Təsisçi xarici valyuta əməliyyatlarıSual: Vergi ödəyicisi olmayan təsisçidən borc vəsaitinin ciddi hesabat blankı olan mədaxil orderi əsasında nağd qaydada alınması qanunvericiliyin tələbinə uyğundurmu Vergi ödəyicisi olmayan təsisçidən nağd qaydada alınmış borc vəsaitinin qaytarılması zamanı borc vəsaitini hüquqi şəxsin cari bank hesabından təsisçinin həmin bankda açılmış cari bank hesabına köçürmək olarmı? (təsisçi)

Cavab Bildiririk ki, vergi ödəyicisi olmayan təsisçidən borc məbləğlərinin nağd qaydada alınmasına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda məhdudiyyət nəzərdə tutulmur.


Bax: Təsisçiyə müəssisə kassasından verilən pul dividend kimi nəzərə alınır?

Müəssisə tərəfindən vergi ödəyicisi kimi vergi orqanlarında qeydiyyatda olan təsisçidən faizsiz pul vəsaitlərinin alınması və qaytarılması üzrə hesablaşmalar isə yalnız nağdsız qaydada həyata keçirilməlidir

Əsas: “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanunu.

Mənbə: taxes.gov.az


Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
təsisçi, nağd
Print Friendly, PDF & Email