Avropa texnologiya nəhəngi bir gün ərzində 30 milyard avro itirdi

posted in: Xəbər | 0
birbank biznes

Proqram təminatının hazırlanması sahəsində Avropanın ən nəhəng şirkəti – SAP – 2020-ci ilin üçüncü rüb üzrə neqativ hesabatının dərcindən sonra bir gün ərzində təxminən 30 milyard avro itirib. Bu haqda Financial Times xəbər verib.

Alman texnologiya nəhənginin səhmlərinin qiyməti bazar ertəsi, oktyabrın 26-da 20 faizdən artıq çökərək, 100 dollardan da aşağı aşağı düşüb. SAP şirkətinin bazar kapitallaşması 147 milyard avrodan 118 milyard avroya kimi azalıb. Bu, 2008-ci il maliyyə böhraından bəri SAP üçün ən acınacaqlı ticarət günü olub.

Şirkət, koronavirusa görə, korporativ müştərilərin 2020-ci ildə proqram təminatına daha az pul sərf etdiyini bəyan edib. SAP cari ilin yekunları üzrə gəlir və mənfəət proqnozunu aşağı salıb və 2023-cü il üçün hədəf göstəricilərindən imtina edib. Şirkət pandemiyadan sonra biznesin bərpasının gözləniləndən daha çox vaxt aparacağını etiraf edib.

Sözügedən sahədə böhranı aradan qaldırmaqdan ötrü şirkət diqqəti tam şəkildə virtual hesablamalara cəmləyəcəyini və Oracle və Salesforce şirkətləri kimi şirkətlərlə rəqabət aparacağını bəyan edib.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email