» » » Ticarət mərkəzinə Böyük mühasib tələb olunur

Ticarət mərkəzinə Böyük mühasib tələb olunur

İşəgötürən : “SAMİRAMİS” firması

Şirkətə Böyük Mühasib (xidmət sahəsi üzrə) tələb olunur.

Vəzifələr:

– Mühasibat və vergi uçotunun aparılması;

– Mal-Material uçotunun aparılması;

– Mühasibat sənədlərinin düzgün tərtib edilməsi;

– Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması;

– Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hazırlanması;

– Əmək haqqı fondunun xərclənməsinə, ştat cədvəlinə ciddi riayət olunmasına nəzarət etmək;

– İşçilərlə hesablaşmaların təmin edilməsi;

– Bank əməliyyatlarının həyata keçirilməsi;

– Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması;

– Aylıq maliyyə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;

– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş        müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;

– Vergi, DSMF, Statistika, Məşğulluq idarəsinə bütün   hesabatların   müvafiq  proqramlarda  hazırlanması və  onlayn  təqdim edilməsi;

– E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının və Hesab – Fakturaların tərtib olunması və göndərilməsi;

– Elektron hökumət portalında “Əmək və Əhalinin sosial müdafiə Nazirliyi” bölməsinə kadrlarla bağlı işə qəbul, xitam və digər   əməliyyatların aparılması;

– Bank, Kassa, Satış, Əmək haqqı , avans, mal-material  və s.  sənədlərinin proqram təminatına daxil edilməsi;

– Aylıq inventarizasiyaların nəticələrini təhlil etmək və mal material uçotuna lazımı dəyişiklikləri işləmək;

Tələblər:

– 35-50 yaş aralığında olan  namizədlər;

– Ali təhsil (maliyyə, iqtisadiyyat və ya iqtisadiyyatla bağlı digər sahələr);

– Ciddi, kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalı;

– Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı, fəal və işə planlı

– Mühasibat uçotunun metodikası və texnikası

– Mühasibat hesablaşmaları

– Əmək və vergi  məcəllələrini  yüksək  səviyyədə  bilməli

– 1.C8.1  ,  1.C8.2  və  1.C8.3  Proqramlarında  yüksək  səviyyədə  işləmə bacarığı

– İş təcrübəsi: müvafiq vəzifədə  5 ildən  yuxarı

– Dil bilikləri: Azərbaycan dili  (yazmaq, oxumaq  və   danışmaq   mükəmməl  səviyyədə)

– Məsuliyyətli, stressədavamlı

İş şəraiti:

– AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;

– Həftədə 5 iş günü,  saat  10.00 –dan  19.00-dək,  2 gün istirahət;

– Əmək haqqı   800  AZN

Qeyd: iş yeri Bakı şəhərində, mərkəzdə  yerləşir.

Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Böyük Mühasib” qeyd edərək öz CV-lərini mükəmməl şəkildə sadrasa@gmail.com e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Mənbə: jobsearch.az

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *