Yaşayış və ya torpaq sahələrinin təqdim edilməsi zamanı ödəmə mənbəyində vergi kimdən tutulur? 

posted in: Vergi, Xəbər | 0
birbank biznes

torpaqSual: Yaşayış və ya torpaq sahələrinin təqdim edilməsi zamanı alğı-satqı müqaviləsini təsdiq edən notarius tərəfindən ödəmə mənbəyində vergi kimdən tutulur? 

Cavab: Vergi Məcəlləsinin 150.1.9-cu maddəsinin müddəalarına əsasən, fiziki şəxslər tərəfindən yaşayış və ya torpaq sahələrinin təqdim olunması zamanı alğı-satqı müqavilələrini təsdiq edən notarius tərəfindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş ümumi qaydada ödəmə mənbəyində sadələşdirilmiş vergi hesablanır və hesablanmış vergi məbləğləri satıcıdan tutularaq dövlət büdcəsinə ödənilir.

Bax: İstifadə olunmayan torpaqlar üçün vergi yükü

Bununla yanaşı, yaşayış və ya torpaq sahələrinin təqdim edilməsi zamanı notarius tərəfindən sadələşdirilmiş verginin hesablanması qaydası Vergi Məcəlləsinin 220.8-ci maddəsi ilə müəyyən edilir. Belə ki, Vergi Məcəlləsinin 220.8-ci maddəsinin müddəalarına əsasən, yaşayış və ya torpaq sahələrinin təqdim edilməsi zamanı notarius tərəfindən sadələşdirilmiş vergi təqdim edilən yaşayış sahəsinin hər kvadratmetri üçün 15 manat, Vergi Məcəlləsinin 206.3-cü maddəsində nəzərdə tutulmuş torpaq sahələrinin isə hər kvadratmetri üçün 0,5 manat məbləğinə, yaşayış və ya torpaq sahəsinin yerləşdiyi ərazidən asılı olaraq, Məcəllənin 220.8-ci maddəsi ilə müəyyən edilmiş əmsallar tətbiq olunmaqla hesablanır.

Eyni zamanda, kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə sadələşdirilmiş vergi Vergi Məcəlləsinin 206.1-1-ci maddəsinə uyğun olaraq hesablanmış torpaq vergisinin 2 misli məbləğində hesablanır. Kənd təsərrüfatı təyinatlı torpaqlara görə sadələşdirilmiş vergi hesablanarkən Məcəllənin 220.8-ci maddəsi ilə müəyyən edilmiş torpaq sahəsinin yerləşdiyi ərazi üzrə zona əmsalları tətbiq olunmur.

Bax: Vəfat etmiş şəxsin vergi öhdəliklərini kim yerinə yetirməlidir?

Bunlarla yanaşı, bina və torpaq sahəsi Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində yerləşdikdə, Vergi Məcəlləsinin 220.8-ci maddəsi ilə müəyyən olunmuş sadələşdirilmiş vergi məbləğinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.8.1-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş verginin məqsədləri üçün Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonaların sərhədləri»nin təsdiq edilməsi haqqında» 30 dekabr 2015-ci il tarixli 412 nömrəli Qərarı ilə müəyyən edilmiş zonalardan asılı olaraq həmin maddədə göstərilmiş əmsallar tətbiq edilir.

Qeyd olunanlara əsasən:
Yaşayış və ya torpaq sahələrinin təqdim edilməsi zamanı alğı-satqı müqaviləsini təsdiq edən notarius tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergi yaşayış və ya torpaq sahələrini alan şəxslərdən deyil, həmin sahələri təqdim edən şəxslərdən tutularaq dövlət büdcəsinə ödənilir.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email