Fiziki şəxslərin torpaq vergisi üzrə güzəşt və azadolmaları

posted in: Vergi, Xəbər | 0
birbank biznes

torpaq vergisiVergi Məcəlləsinin 207.2-ci maddəsinə əsasən, bu Məcəllənin 102.2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Milli Qəhrəmanları, Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanları, müharibə əlilləri, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadları (ərləri), 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslərin mülkiyyətində olan torpaqlara görə torpaq vergisinin məbləği 10 manat azaldılır.

Güzəşt hüququ olan fiziki şəxsin bir neçə bələdiyyənin ərazisində torpaq sahələri olduqda, 10 manat məbləğində güzəşt fiziki şəxsin seçiminə uyğun olaraq bir bələdiyyə ərazisində hesablanmış torpaq vergisi məbləğindən və yaxud torpaq sahələrinin ölçülərinə mütənasib olaraq müxtəlif bələdiyyələrin ərazilərində hesablanmış vergi məbləğlərindən çıxılır.

Həmçinin bax: Torpaq vergisinin ödəyiciləri

Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər qanunvericiliyə uyğun olaraq, sənaye, yaxud texnologiyalar parklarında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq, sənaye, yaxud texnologiyalar parklarında istifadə etdikləri torpaqlara görə 7 il müddətinə torpaq vergisini ödəməkdən azaddırlar.

Misal 3. Güzəşt hüququna malik müharibə əlilinin mülkiyyətində Gəncə şəhərində 500 kv.metr həyətyanı sahəsi və şəhərdən kənarda istifadəsində 600 kv.metr bağ sahəsi vardır. Bu halda, 10 manat məbləğində güzəşt hüququ müharibə əlilinin mülkiyyətində olan torpağa verildiyinə görə 500 kv.metr həyətyanı sahəyə görə hesablanmış 2,5 manat (500 kv.metr x 0,5 manat/100 kv.metr) torpaq vergisi ödənilmir, lakin istifadədə olan 600 kv.metr torpaq sahəsinə hesablanmış 3 manat (600 kv.metr x 0,5 manat/100 kv.metr) vergi ödənilir.

Həmçinin bax: Torpaq vergisinin hesablanması və ödənilməsi qaydası

Mənbə: vergiler.az


Whatsapp qrupumuza daxil olmaqla sizin üçün qaranlıq qalan suallarınıza təcili cavab ala bilərsiniz
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email