Torpaq vergisi üzrə maliyyə sanksiyaları və cərimələr

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Torpaq vergisi üzrə maliyyə sanksiyasının tətbiqi

Torpaq vergisi üzrə maliyyə sanksiyaları və cərimələr haqqında danışarkən nəzərə almaq lazımdır ki, sanksiyalar Vergi Məcəlləsində hər hansı vergi növü üçün nəzərdə tutulmayıb, ümumi xarakter daşıyır. “Maliyyə sanksiyası” anlayışı şəxsin vergi mükəlləfiyyətindən asılı deyil, həm sadələşdirilmiş, həm də gəlir (mənfəət) vergisi ödəyicisinə qanunvericiliyin pozuntusuna görə eyni tədbir görülür. Bu torpaq vergisi üzrə maliyyə sanksiyalarına da aiddir.

Həmçinin, bu AR VM-də nəzərdə tutulmuş torpaq vergisi üzrə cərimələrə də aiddir.

Məsələn, digər vergi növlərində olduğu kimi, torpaq vergisi bəyannaməsinin əsassız gecikdirərək təqdim edildiyi halda torpaq vergisi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilir (bu vergi sanksiyası 2023-cü ildə 40 manatdır).

Torpaq vergisi gəlirdən tutulan vergi deyil, onun ödəyiciləri:

  • gəlir (mənfəət);
  • sadələşdirilmiş;
  • əlavə dəyər vergisi ödəyicisi ola bilərlər.

Odur ki, bu vergilərlə bağlı maliyyə sanksiyaları torpaq vergisi ödəyicilərinə də tətbiq edilir. Torpaq vergisi üzrə cərimələr də bu qəbildəndir.

Məsələn, aktivləri haqqında məlumat formasını əsas olmadan müəyyən olunmuş vaxtda verməyən vergi ödəyicisi maliyyə sanksiyası ödəməlidir. Bu onun mükəlləfiyyətindən asılı deyil, həmin vergi sanksiyası 2023-cü ildə yüz manatdır (VM, maddə 57.2).

Torpaq vergisi məbləğinin bilərəkdən yaxud bilməyərəkdən hesabatda azaldılması halı ola bilər. Bu pozuntu, səyyar vergi yoxlaması zamanı aşkarlanarsa, azaldılmış məbləğ təsbit edilir. Sonra isə azaldılmış məbləğ bərpa edilərək, həmin məbləğin yarısı qədər əlavə torpaq vergisi üzrə maliyyə sanksiyaları tətbiq olunur.

Torpaq vergisi, bildiyimiz kimi, fiziki və hüquqi şəxslər tərəfindən avqustun 15-i, noyabrın 15-i olmaqla 2 dəfəyə ödənilə bilər. Bu qaydaya əməl edilmədikdə, hər gecikmiş gün üçün ödənilməyən məbləğin 0,1 faizi qədər əlavə hesablanır.

Nümunə 1: Müəssisə torpaq vergisi bəyannaməsini gecikdirib 23-ü mayda təqdim etmiş, habelə hesablanmış 530 manat verginin yarısını 30-u avqustda ödəmişdir.

Hesabatı gecikdirdiyinə görə bu müəssisəyə vergi orqanı 40 manat maliyyə sanksiyası hesablaya bilər. Həmçinin, vergi ödənişinin gecikdirildiyi 15 günə görə (15 avqust 30 avqust aralığı) 3.98 manat əlavə faiz məbləği ödəməlidir.

Məcəllənin 57-58-ci maddələrində vergi növləri, o cümlədən torpaq vergisi üzrə maliyyə sanksiyaları geniş şərh olunub.

Torpaq vergisi üzrə inzibati cərimə və islah tədbirləri

Torpaq vergisi ödəyiciləri, qanunvericiliyin tələblərini pozmağa görə maliyyə sanksiyaları ilə yanaşı, inzibati cərimələrə, islah tədbirlərinə də məruz qala bilərlər. İnzibati Xətalar Məcəlləsindəki bəzi cərimələri diqqətinizə çatdıraq.

Torpaq vergisi ödəyicisi 50000 AZN–dən çox olmayan məbləğdə vergini ödəməkdən yayınarsa, ona vergi məbləğinin 30%-dən başlayaraq cərimə məbləği hesablana bilər. Hesablanan cərimə maksimum vergi məbləğinin 70%-ini təşkil edir (İXM, maddə 246). Bunları torpaq vergisi üzrə cərimələrə də aid etmək olar.

Qeyd etmək lazımdır ki, vergiləri ödəməkdən yayınma zamanı maliyyə sanksiyaları və inzibati cərimədən biri  tətbiq edilməlidir.


Maliyyə sanksiyası və cərimə maliyyə itkisidir. İtkilərdən qaçmaq üçün müraciət edin!


Torpaq vergisini ödəməkdən xeyli miqdarda yayınmaya görə Cinayət Məcəlləsində verginin 2-3 misli qədər cərimə, 3 ilədək müddətə azadlıqdan məhrumetmə nəzərdə tutulub. İslah işlərinin tətbiq edilməsi də mümkündür. Xeyli miqdar deyəndə iki yüz min manatadək miqdar nəzərdə tutulur. Bu həddin minimal məbləği əlli min manatdan başlayır (CM maddə 213)

Eyni zamanda İXM üzrə cərimə və Cinayət Məcəlləsi üzrə cərimə, yaxud islah tədbiri görülə bilməz.

Beləliklə sizi torpaq vergisi üzrə maliyyə sanksiyaları ilə tanış etdik, torpaq vergisi üzrə cərimələr haqqında qısa məlumat verdik. Daha ətraflı məlumat üçün buraya keçid edə bilərsiniz.


Print Friendly, PDF & Email