» » » Toy günü verilən zinət əşyaları kimin mülkiyyətində qalır?

Toy günü verilən zinət əşyaları kimin mülkiyyətində qalır?

posted in: Xəbər | 0
Toy mərasimində gəlinə hədiyyə edilən zinət əşyaları kimin mülkiyyəti sayılır?
5 fevralda Türkiyədə Yargıtay Məhkəməsi (eynilə Azərbaycan Respublikası Ali Məhkəməsi statusuna malik məhkəmə) tərəfindən qəbul olunmuş qərara əsasən qadının ərinə qarşı olan məhkəmə iddiası tam həcmdə təmin edilmişdir.
İddiaya görə qadın toyda ona verilən boyunbağını və üzük daxil olmaqla zinət əşyalarını ərinin boşanmadan sonra müsadirə etdiyindən həmin əşyaların geri qaytarılmasını tələb etmişdir.
Yargıtay Məhkəməsinin qərarına görə qadının iddiası təmin edilmişdir.
Məhkəmə belə bir qənaətə gəlmişdir ki, qadına verilən zinət əşyaları artıq verildiyi andan qadının mülkiyyətində sayılır. Bu səbəbdən də onun iradəsi ziddinə götürülə və ya müsadirə edilə bilməz.
Azərbaycan Respublikası qanunvericiliyinə görə:
Nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
Həmçinin ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.
Bununla yanaşı nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər.
Mənbə: Şəhriyar Həbilov / Praktiki hüquqşünas

Leave a Reply

Your email address will not be published. Required fields are marked *