Hökümətlərin vergilərin ödənilməsindən yayınma ilə bağlı apardıqları mübarizəyə baxmayaraq, onların effektiv tarifləri aşağı düşüb.
Financial Times nəşrinin apardığı tədqiqatlar göstərib ki, nəhəng transmilli şirkətlər maliyyə böhranından əvvəlki dövrlə müqayisədə vergiləri daha aşağı tariflə ödəməyə başlayıblar. 2008-ci illə müqayisədə onların orta effektiv vergi tarifi 26%-dən, 2016-cı ildə 24%-ə qədər aşağı düşüb. 2000-ci ildə isə ümumiyyətlə həmin tarif 34% bərabər idi. Vergilərdən yayınma ilə bağlı beynəlxalq mübarizənin aparıldığı bir dövrdə bu, təbii ki, təəccüb doğurmaya bilmir.