Trump-ın bu ilki ən mühüm uğuru-vergilər 35%-dən 20%-ə endirildi

posted in: Vergi, Xəbər | 0
birbank biznes

ABŞ Senatı ölkənin vergi sistemində son 30 ilin ən iri dəyişikliklərini nəzərdə tutan 1,5 trilyon dollarlıq vergi layihəsini az fərqlə təsdiq edib. Respublikaçı senatorların mübahisəli vergi layihəsi 51 səslə qəbul edilib.

Amerika şirkətləri üçün vergini 35 faizdən 20 faizə endirəcək layihənin Senatdan keçməsi ABŞ prezidenti Donald Trump və Respublikaçılar Partiyasının bu ilki ən mühüm uğuru kimi qiymətləndirilib.

Demokrat senatorlar 1,5 trilyon dollarlıq vergi layihəsini təhlil etmək üçün səsvermənin bazar ertəsinə təxirə salınmasını təklif edib, ancaq Respublikaçılar bu təklifi yekdilliklə rədd edib. Demokratların dəyişiklik təklifləri də Respublikaçılar tərəfindən əngəllənib.

Layihə Konqresdə qəbul edilərsə, Trump sənədi imzalayacaq.

Son 30 ilin ən böyük vergi güzəştlərini əks etdirən vergi layihəsinin il bitmədən masasında olmasını istəyən Tramp deyib ki, Amerika miqyasında çalışqan ailələrə böyük vergi güzəştləri təmin etməyə bir addım da yaxınlaşdıq.

Mənbə: sputnik.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email