Hansı halda turizm xidmətinin dəyəri nağd ödənilə bilər?

posted in: Xəbər | 0

Hansı halda turizm xidmətinin dəyəri nağd ödənilə bilər?

turizm

Cavab: Bildiririk ki, “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən turizm məhsuluna turistlərə göstərilən xidmətlər kompleksi aid edilir. (turistlərin yerləşdirilməsi, daşınması, yeməyi üzrə xidmətlər kompleksi, ekskursiya, həmçinin bələdçi (bələdçi-tərcüməçi) xidmətləri və səfərin məqsədlərindən asılı olaraq göstərilən digər xidmətlər)
Buna əsasən turagentlər tərəfindən məhsulun təqdim edilməsi ilə bağlı göstərilən fəaliyyətə görə onlara edilən ödənişlər ödənişi edən şəxsin ƏDV məqsədləri üçün qeydiyyatda olmasından asılı olmayaraq nağdsız qaydada həyata keçirilir. Bununla yanaşı biletlərin ayrılıqda, turizm məhsulunun tərkib hissəsi olmadan satışı həyata keçirildikdə həmin biletlərin dəyəri nağd qaydada ödənilə bilər.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *