Türkmənistanda təhsil sistemində mühasiblər işdən çıxarıldı

posted in: muhasibat, Xəbər | 0
birbank biznes

Türkmənistanda təhsil sistemində mühasiblər işdən çıxarıldı.

Bu uşaq bağçalarında ödənişlərin artmasına gətirib çıxardı.

Türkmənistanda Aşqabad şəhər təhsil idarəsi sistemindən mühasiblərin işdən çıxarılması, uşaq bağçaları üçün ödənişlərin artımına gətirib çıxarıb, bu haqda Xronika Turkmenistana saytı məlumat verib. Bundan sonra valideynlər ödənişləri bank vasitəsilə həyata keçirməlidirlər. ANT saytının verdiyi məlumata görə, bu səbəbdən uşaqlar üçün bağçalara ödənilən məbləğ yüksəlib: adamlar ayda 80 türkmən manatı əvəzinə indi 86,9 manat ödəyirlər ki, bunun 5 manatı bankın komisiyası kimi, 1,9 manatı isə bu zaman verilən qəbzə görə tutulur. Həmin qəbzi isə valideynlər məktəbəqədər uşaq müəssisələrinə təhvil verməlidirlər.

Həmçinin qeyd etmək lazımdır ki, aylıq ödənişlərin yüksəlməsi ilə yanaşı valideynlər üçün daha bir problem də özünü qabarıq nümayiş etdirməyə başlayıb. Belə ki, onlar ayda bir dəfə iş vaxtı ödənişləri etmək üçün banklarda növbə gözləməli olacaqlar. Bundan əvvəl isə uşaq bağçalarına görə ödənişləri valideynlərdən məktəbəqədər uşaq müəssisənin əməkdaşlarından biri toplayırdı və şəhər təhsil idarəsinin mühasibatlığına çatdırırdı, orada isə Təhsil nazirliyi üçün aylıq maliyyə hesabatı tərtib olunurdu.

Şöbələrdə xərclərin optimallaşdırılması çərçivəsində uşaq bağçalarına ödənişlər üzrə daxil olan vəsaitlərin uçotu və nəzarəti ilə məşğul olan 28 əməkdaş işdən çıxarılıb. Türkmənistanda həmçinin elmlər Akademiyası institutlarında aparılan islahatlar nəticəsində əməkdaşların üçdə bir hissəsini də işdən çıxaracaqlar. Tikinti nazirliyindən isə artıq yüzlərlə əməkdaş ixtisara salınıb.   


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email