Uçot dərəcəsi azaldılıb

posted in: Xəbər | 0
birbank biznes

QR CodeAzərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 9%-dən 8,75%-ə endirilməsi haqda qərar qəbul edib.

Bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov faiz dəhlizinin parametrlərinə həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, faiz dəhlizinin yuxarı həddi 10,75%, aşağı həddi isə 6,75% (uçot dərəcəsinə ±2%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilib.

Xatırladaq ki, qurumun rəhbərliyi bu il martın 15-də də faiz dəhlizi parametrlərinin azaldılması haqda qərar qəbul edib. Qərara əsasən, uçot dərəcəsi 9,25%-dən 9%-ə, faiz dəhlizinin yuxarı həddi 11,25%-dən 11%-ə, aşağı həddi isə 7,25%-dən 7%-ə (±2%-lik simmetrik diapazonda) endirilib.

Azərbaycan Mərkəzi Bankı faizlərə növbəti dəfə bu il iyunun 7-də baxacaq.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Print Friendly, PDF & Email