» » » Uçot siyasətinin dəyişdirilməsi halları

Uçot siyasətinin dəyişdirilməsi halları

Uçot siyasətinin dəyişdirilməsiTəşkilatın uçot siyasətində bu hallarda dəyişikliklər oluna bilər:

  • Mühasibat uçotuna dair qanunvericilikdə və ya normativ aktlarda  dəyşikliklər baş verdikdə;
  • Təşkilat tərəfindən mühasibat uçotunun aparılması ilə bağlı yeni üsullar hazırlanarkən;
  • Fəaliyyət şərtlərində əhəmiyyətli dəyişikliklər baş verdikdə (sahibkarın dəyişilməsi ilə əlaqəli yeni təşkil olunma, fəaliyyət növlərində dəyişikliklər və s.).

Təsərrüfat fəaliyyəti faktlarının mühasibat uçotunun aparılması üsulunun təsdiq edilməsi, hansı ki,  əvvəllər baş vermiş faktlardan fərqli olan və ya təşkilatın fəaliyyətində ilk dəfə yaranıb, uçot siyasətinin dəyişilməsi hesab olunmur.

Həmçinin oxu: Uçot siyasətinin formalaşdırılması

Uçot siyasətinin dəyişdirilməsi əsaslandırılmalı və əmrlə (sərəncamla) təsdiq edilməlidir. Uçot siyasətində dəyişikliklər əmrlə (sərəncamla) təsdiq olunmuş ildən sonrakı ilin yanvar ayının 1-dən, maliyyə ilinin başlanğıcından tətbiq olunur.

Hesabat dövrünün sonrakı bir ilində uçot siyasətində dəyişikliklər, təşkilatın maliyyə hesabatlarının izahedici qeydində elan olunur.

Uçot siyasəti üzrə əmrlə (sərəncamla) birlikdə həm də bunlar təsdiq olunur:

  • Mühasibat uçotunun aparılması üçün zəruri olan, özündə sintetik və analitik hesabları ehtiva edən mühasibat uçotu hesablarının iş planı.
Həmçinin oxu: “Mühasibat uçotu” termininin müəyyən edilməsi.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *