Xoşbəxt insanların uğur formulaları (1-ci hissə)

posted in: Məqalə, Xəbər | 0

uğurXoşbəxt insanların uğur formulaları


Nigel Cumberland

Heç bir şeyə təəssüflənməyin. Xoşbəxt insanların daha 99 qaydası

Bu gündən başlayaraq Nigel Cumberland-ın sözügedən kitabının tərcüməsini saytımızın oxucularına təqdim edəcəyik. Nigel özü ixtisasca iqtisadçı olub və mühasib işləyib.

Kitab sizləri müəyyən etdiyiniz yolda qarşınıza çıxan çətinlikləri dəf etməkdə kömək edəcək və sizləri uğurlara ruhlandıracaq. Kitab yüz fəsildən ibarətdir, hər bir fəsil – ideya sizə uğur qazanmaqda yardım edəcək: öncə problemlər sadalanır, ardınca isə onları necə həll etməklə bağlı məşğələlər.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

1-ci hissə

Arzularınızın ardınca gedin

Sözün əsl mənasında sevimli işlə məşğul olsanız, həyatınız daha maraqlı olacaq. Sevdikləri işlə məşğul olan adamlar digərlərindən daha çox zövq alırlar, sadəcə ona görə ki, onlar öz arzularının ardınca gedirlər.

Richard Branson: Arzular – uğurun yanacağıdır, onlarsız həyat heç vaxt tam və uğurlu alına bilməz. Avtomobil mühərriki kimi bensiz işə düşməz, siz də həyatı arzusuz keçirmək istəsəniz, mahiyyətcə heç həyata başlaya bilməyəcəksiniz.

İstənilən uğura həmişə arzunun gerçəkləşməsi kömək edir. Məşqçi qismində mən bir sıra uğurlu adamlarla çox işləmişəm və onların hamısı bu və ya digər formada müvəffəqiyyətə özlərinin heç olmasa bir arzularının həyata keçməsi nəticəsində nail ola biliblər. Bəzən bu uşaqlıq arzusu olub, bəzən də sonradan ortalığa çıxan arzu olub, amma bütün hallarda bu həmin insanların arzusunun gerçəkləşməsi ilə baş tutub.  Məhz, həmin arzu bir dəfə onları öz əsirinə çevirib, onları hərəkətə gətirib, qanadlandırıb və ruhlandırıb. Arzu məqsədə çevrildikdə, mümkünsüz olanını mümkünə çevirir, komfort zonasından çıxır və hətta öncə mürəkkəb görünən bir şey barəsində risk etməyə belə insanı sövq edir.

Yetkinliyə qovuşduqdan sonra biz çox vaxt yad gözləntilərin ardınca düşürük, hətta unuduruq ki, sevmədiyimiz bir işin ardınca gedirik və özümüzə bir başqalarının rəhbərlik etməsinə imkan veririk. Bunu mən öz acı təcrübəmdə görmüşəm. Məktəbdə mən coğrafiyanı çox sevirdim, lakin, mənə universitetə daxil olub iqtisadiyyatı öyrənməyi məsləhət etmişdilər. Mən öz arzumun dalınca getmək əvəzinə mühasib oldum və sevmədiyim bir işlə məşğul olmağa başladım. Siz də belə bir seçim etmək məcburiyyətində qalmısınızmı? Bəzən, yalnız geriyə baxdıqda, öz yolunla getmədiyini başa düşürsən.

Uğur qazanmış insanlar həmişə nə ilə məşğul olmaq istədiklərini yaxşı bilirlər və öz maraqlarını heç vax satmırlar. Bir qayda olaraq, onlar tez seçim edir və öz yolları ilə gedirlər. Heç veclərinə də olmur ki, kimsə onları dəstəkləməyəcək və hətta ağılsız adlandıracaq. Apple şirkətinin yaradıcısı Steve Jobs-u xatırlayın, hansı ki, öz arzusunu reallaşdırmaq naminə prestijli universitetdəki təhsilini atmışdı.

Hər bir uğura aparan yol arzuların həyata keçməsindən başlanır.

Fəaliyyət üçün təlimat

Öz arzularınızı dərk edin!

Nə barədə arzu edirsiniz? Nəyə nail olmaq istəyirsiniz? Hansı arzuların dalınca getməyi düşünürsünüz?

Bu suallara cavabların siyahısını tutun. Yalnız qeyd etməyin – cizgiləyin, rəsm çəkin. Bu sizə ideyalarınız arasındakı əlaqələri görməyə və çoxdan unutduğunuz məqsəd və ən məhrəm arzularınızı aşkar etməyə kömək edəcək. Budur, sizə kömək edə biləcək bir neçə sual:

  • Uşaqlıqda nə ilə məşğul olmağı sevirdiniz? Kim olmaq istəyirdiniz?
  • Əgər pul qazanmaq barədə düşünmək lazım gəlməsəydi, özünüzə hansı həyatı və hansı işi seçərdiniz?
  • Həyatınızda ən çox nəyi sevirsiniz və sizinlə ən çox nələrin baş verməsini istərdiniz?
  • Asudə vaxtlarınızda nə ilə məşğul olmağı sevirsiniz?
  • Dostlarınızı və həmkarlarınızın həyatında nələr sizdə qibtə hissi yarada bilər?

Arzunuza etibar edin

Arzunuzun necə həyata keçməsi barədə düşünün və həmin anda özünüzü müşahidə edin: qorxu hissi və ya neqativ düşüncələr yarandımı? Ola bilsin, daxili səsiniz sizə belə deyir: “Mən artıq yaşlaşmışam və bunu etmək artıq çox gecdir”, və ya “Evliyəm, ipoteka kreditim var, mən həyatımı bu cür kəskin dəyişdirə bilmərəm”, və yaxud “Valideynlərim heç vaxt məni dəstəkləməyəcək”.  Uğur qazanmış kəslər təsdiq edərlər ki, heç nə etməmək üçün həmişə səbəblər tapılacaq, lakin, həm də əlavə edəcəklər ki, ilk addımı atmaq və başlamaq üçün bütün iradə və cəsarəti toplamaq lazımdır.

Arzularınızın həyata keçməsinin alqoritmlərini yaradın

Arzuların həyata keçməsi üçün nə qədər çox şey etməyin lazım gəldiyini dərk edəndə, siz yəqin ki, təəccüblənəcəksiniz və mümkündür ki, hətta qorxacasınız. Kitabın yerdə qalan 99 fəsli yaranan qorxu ilə mübarizə aparmaqda, zəruri olan vasitələri tapmaqda və qərarlar qəbul etməkdə sizə yardım edəcək.  Sizin əsas vəzifəniz – indi olduğunuz və harada olmaq istəyinizlə bağlı mərhələ arasındakı zərəri nə ilə doldurmağı başa düşmənizdir. Bu asan məsələ deyil və o səbəbdən mən sizə yaxınlarınızı köməyə çağırmağı məsləhət görürəm, idealda isə – arzularnızı birləşdirməyi tövsiyə edirəm: birlikdə siz onları hökmən yerinə yetirə biləcəksiniz.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *