Xoşbəxt insanların uğur formulaları (8-ci hissə)

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

Xoşbəxt insanların uğur formulaları

Nigel Cumberland

Əvvəlki hissəni oxumaq üçün keçidə daxil olun.

7-ci hissə

Keçmişinizlə dostlaşın

Bəziləri inadkarlığın bizləri güclü etdiyini hesab edir, lakin,  bəzən yumşaq davranmaq da lazım gəlir.

German Gesse

Keçmişi dəyişdirmək mümkünsüzdür, amma onun barəsində düşüncələrimizi və öz hisslərimizi dəyişdirmək mümkündür. Geriyə nəzər yetirin: xatirələriniz arasında sizi narahat edən və ya məyusluq doğuran nəsə varmı? Siz buraxdığınız imkanlara, kəsdiyiniz münasibətlərə və ya kimlərəsə verdiyiniz ağrılara görə təəssüf edirsinizmi? Kimlərəsə söylədiyiniz və ya başqalarının sizə etdiklərinə görə narahatlıq keçirirsinizmi? Bunda siz tək deyilsiniz: bizim hamımız özümüzdə oxşar fikirlər və hisslər daşıyırıq.

Lakin, bu xatirələr sizə necə təsir göstərir? Həyatın hansısa sahələrində sizə uğur qazanmaqda mane olmur ki? Ötən səhvləri təkrar etmək qorxusu sizləri yenidən nədənsə başlamaq riskindən çəkindirirmi?

Ola bilsin siz belə cavab verəcəksiniz: “Xeyr, hər şey normaldır və mən bu cür heç nə hiss etmirəm”. Yəqin ki, bu belədir, indi sizdə hər şey yaxşıdır və keçmiş sizi təqib etmədiyinə görə buna əminsiniz.  Amma, bütün hallarda bilin: şüuraltı səviyyəsində keçmişlə əlaqəli olanları siz hiss etməkdə davam edə bilərsiniz. Bir məşqçi olaraq yanıma gələnlər arasında mən hələ bir nəfər də olsun keçmişinin onu narahat etmədiyini söyləyən şəxsə rast gəlməmişəm.

Və ehtiyatlı olun: o – keçmiş – çox məkrli olur. Biz yalnız pisi xatırlayırıq, bütün yaxşıları unuduruq, axı bu da baş verib. Çoxdan baş verənlərə görə asanlıqla məyus olmaq mümkündür, hesab etmək olar ki, sizi incidiblər, baxmayaraq ki, əslində siz ola bilsin, baş verənləri sonadək başa düşməmisiniz və ya necə olduğunu sadəcə unutmusunuz.

 Məsələn:

  • siz özünüzü valideyn diqqətindən kənarda qalmış hiss edirsiniz, ana və atanız isə sizə sadəcə daha çox azadlıq seçimi vermək istəyiblər;
  • siz hələ də əvvəlki iş yerindən çıxdığınıza görə özünüzü günahkar hesab edirsiniz, çünki rəisin tənqidini dinləmək istəməmisiniz, həqiqətdə isə rəis tiran idi və heç kəs onunla uzun müddət işləyə bilmirdi.
Keçmişi dəyişdirmək mümkünsüzdür, amma onun barəsində düşüncələrimizi öz hisslərimizi dəyişdirmək mümkündür.
Fəaliyyət üçün təlimat
Başınızı qumdan çıxarın

Danışmağa və keçmişdən olan problemləri götür-qoy etməyə hazır olun. Hər şeyin yaxşı olması ilə bağlı riyakarlıq etməyin. Mənim bir dostum var idi, boşandıqdan sonra o, 20 il ərzində öz uşaqları ilə ünsiyyət qurmamışdı. Mən bunun ona necə təsir etdiyini, onun tədricən necə arsızlaşdığını və sərtləşdiyini görürdüm. Amma, buna baxmayaraq, o belə deyirdi: “Uşaqların məni görmək istəməməsi elə də qorxulu bir şey deyil”. Və nəhayət sonunda bütün hallarda mənə etiraf etdi ki, ayrıldıqdan sonra o, itkini və incikliyi hiss edirdi.

Əslində nə baş verdiyini anlayın

Keçmişinizdə nəsə qorxuducu, əminliklə xatırlaya və qeyd edə bilmədiyiniz bir şey baş veribmi?  Əgər hə, onda əslində nə baş verdiyini aydınlaşdırmağa çalışın. Doğmalarınız və dostlarınızla danışın. Əgər lazımdırsa, hipnoz seansına və ya psixoterapevtin yanına gedin. Ümid edirəm ki, bundan sonra siz nədən qorxduğunuzu təsəvvür edə bildiniz. Bütün hallarda anlaya bilmədiyinizdən uzaqlaşmaqla siz irəliyə gedə bilməyəcəksiniz.

Keçmişi yenidən dərk edin

Ehtimal ki, sakitləşmək üçün həyatınızda yenidən dərk etməli olduğunuz hansısa hadisə baş verib. Keçmişinizlə bağlı bəzi təfərrüatlar barədə əvvəllər ünsiyyətdə olduğunuz adamlarla yenidən söhbətləşmək lazımdır. Ola bilsin ki, sizə yenidən hansısa faciəvi, məsələn, zorakılıqla bağlı nələrisə xatırlamaq lazım gələcək. Bunu yenidən yaşamaq cəsarət tələb edəcək, xüsusilə də bu məsələyə bulaşmış şəxslər öz günahlarını etiraf etmirsə. Öz dediklərinizdə israrlı olmaqdan çəkinməyin: sizi narahat edən məsələ ilə bağlı mübarizə aparmaq – bu normaldır. Siz hər şeyi yerli-yerinə qoyduqdan sonra bir rahatlıq hiss edəcəksiniz.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Print Friendly, PDF & Email