Uğurlu Baş mühasib olmaq üçün 14 prinsip

birbank biznes

Uğurlu Baş mühasib olmaq

uğurlu baş mühasib, vakansiya, mühasib köməkçisi, Mal-material mühasibiHər bir kəs peşəkar sahədə ən yüksək zirvəyə nail olmaq üçün böyük bir şövq ilə öz məqsədi uğrunda mübarizə aparır. Onun hansı peşəni seçməsi mühüm deyil, başlıcası peşəkarlıqdır. Demək olar ki, hər bir hesabdar başlanğıcda mühasib, ardınca da baş mühasib olmaq istəyir. Lap əsgər deyimində olduğu kimi: “O əsgər pisdir ki, general olmağı arzu etmir”.

Necə uğurlu Baş mühasib olmaq olar? Beləliklə, siz mühasib kurslarını bitirmisiniz və ya artıq sıravi mühasib işləyirsiniz. Amma baş mühasib olmağı arzu edirsiniz, çünki həmin vəzifə həm maraqlıdır, həm də orada müvafiq olaraq maaşlar yüksəkdir.
  1. Birincisi, müəssisənin uçot siyasətini, tam olaraq nə etdiyini və hansı pul və əmtəə hərəkətlərinin baş verdiyini öyrənməlisiniz.
  2. Baş mühasib müəssisədə ştatda olan bütün mühasiblərin funksiyasını həyata keçirir, ona görə də o, hər şeyi bacarmalı və mütləq şəkildə hər şeyi bilməlidir. Dövlət qanunlarını, yerli qanunları bilməli, gündəlik olaraq qanunvericlikdə baş verən dəyişiklikləri izləməlidir, çünki həmin dəyişikliklər az qala “işıq sürəti ilə” baş verir. Digər tərəfdən, qanunları bilməməsi onu məsuliyyətdən kənar etmir.
  3. Baş mühasibin polad əsəbləri olmalıdır, çünki o, gün ərzində böyük sayda məlumat alır ki, onları qısa vaxt ərzində emal etməli və nəticə ortaya qoymalıdır.
  4. Baş mühasib müəssisələrdə bütün maliyyə işlərinə görə məsuliyyət daşıyır, buna görə həmin şəxs məsuliyyətli bir insan olmalıdır.
  5. Oturaq işə meyilli biri olmalıdır, belə ki, əksər vaxtlarda o, vəzifəsinə görə hesablaşmalarda yol verilən səhvləri aşkar etməyə xeyli vaxt sərf etməli, aylıq və rüblük, eləcə də illik hesabatları hazırlamalıdır.
  6. Üzərinizə öhdəliyinizdə olan məsuliyyətdən əlavə bir şey almayın. Çox vaxt kiçik müəssisələrdə baş mühasib, iqtisadçı və kadrlar şöbəsinin müdiri vəzifələrinə eyni şəxs təyin edilir. Üzərinizə eyni vaxtda bu qədər vəzifəni almayın, yoxsa yoxlama gələndə çətin vəziyyətdə qala bilərsiniz. Ümumiyyətlə götürdükdə, bir neçə vəzifədənsə üzərinizə bir vəzifənin məsuliyyətini götürüb, onu daha keyfiyyətlə yerinə yetirmək daha məqbuldur.
  7. Baş mühasib işinə başlamazdan öncə, öz vəzifə təlimatlarınızı diqqətlə öyrənin, öhdəliklərinizlə bağlı bütün bölmələri əvvəlcədən direktorla müzakirə edin. Yəni, nəyi edəcəyinizi, nələrisə etməyəcəyinizi lap başlanğıcdan öyrənin. Bunu elə edin ki, direktor da sonradan sizə əlavə suallarla müraciət etməsin.
  8. Əgər tabeliyinizdə daha bir mühasib varsa, dərhal öhdəlikləri bölüşdürün ki, sonradan hər hansı bir məsələ ilə bağlı sual yaranmasın. Bununla bağlı vəzifə təlimatlarını özünüz də hazırlaya bilərsiniz.
  9. İşə başayan kimi, tədarükçülər və alıcılarla bağlanılmış bütün müqavilələri gözdən keçirin, hər bir ödəniş və onların müddəti ilə əlaqəli məqamlara diqqət yetirin. Əgər, müqavilələrin vaxtı başa çatmışsa, onların müddətini uzadın, müqavilədə sizi nələrsə qane etmirsə, müəssisənin direktoru və ya hüquqşünasla məsləhətləşib, onları dəyişdirin.
  10. Əgər sizdən əvvəlki baş mühasib bütün işləri və sənədləri sizə siyahı üzrə təqdim etməyibsə, dərhal işə başlamamaq məsləhətdir, belə olan halda siz özünüzü sığortalamış olacaqsınız. Özünüzdən əvvəlki baş mühasibin səhvlərinə görə məsuliyyət daşımayacaqsınız. Əgər siz bunlara baxmayıb işə başlamısınızsa, onda ilk növbədə sənədlərin təftişini həyata keçirin və anbarlarda (əgər, anbarlar mövcuddursa) yoxlama keçirin. Təftişdən sonra direktora nəticələr barədə sənədi imzalatdırın, bunu etsəniz, siz yenə də özünüzü əvvəlki işçilərin səhvlərindən sığortalamış olacaqsınız.
  11. Müəssisənin dövriyyədə olan vəsaitlərinə xüsusi diqqət yetirin (nə silinib, nə hələ də balansda qalıb). Bunları müəyyən edin. İstismar müddətinin düzgün yazıldığına, amortizasiya nəticəsində düzgün silinib-silinmədiyinə fikir verin.
  12. Sonra debitor və kreditor borclara keçid edin, nə zaman və kim tərəfindən ödəniş olunması ilə bağlı müqavilələrə baxın, bu borclara görə məsuliyyət daşıyan adamlarla məsləhətləşin. Borcların müəssisənin kassasına qaytarılması üçün qərar qəbul edin.
  13. Müəssisənin məsrəflər hesabına diqqət yetirin, keçmiş baş mühasibin hansı hesablara yazdığına baxın. Siz burada da öz dəyişikliklərinizi edə bilərsiniz, xərcləri bir çox müxtəlif hesablara yazmaq məcburi deyil, bundan ötrü bir neçə hesabı ayıra bilərsiniz, bu daha rahatdır.
  14. Nəhayət, maaşlar ilə məşğul olun, həmçinin onların necə hesablandığına, kimlərə və necə verildiyinə diqqət yetirin. Sizdən öncəki mühasib tərəfindən vergilərin düzgün hesablanıb-hesablanmadığını yoxlayın.

Əvvəlki mühasiblərin səhvlərini düzəltmək üçün işə başlayanda hər şeyi iki dəfə yoxlamaqdan çəkinməyin. Ən başlanğıcda hər şeyi bilən biri kimi ağıllı bir görünüş yaratmağa ehtiyac yoxdur. Yaxşı olar ki, siz müəssisədə çoxdan çalışanlardan müəyyən qədər faydalı məsləhətlər alasınız.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email