Mühasibat uçotu üzrə uğurlu mütəxəssisin 12 başlıca keyfiyyəti (I hissə)

posted in: muhasibat, Xəbər | 0
birbank biznes

mühasibat uçotu, İqtisadçı - Baş Mühasib vakansiyaAdamların əksəriyyəti mühasibat uçotu üzrə mütəxəssisi yalnız mühasib kimi qəbul etməyə meyllidirlər. Əslində isə mühasibat uçotu üzrə mütəxəssis – bu, adi mühasibdən daha böyük məna daşıyır.

İnsan fəaliyyətinin istənilən sahəsində mütəxəssis konkret tapşırığın yerinə yetirilməsində ekspert olan şəxsdir. Beləliklə, mühasibat uçotu üzrə mütəxəssis mühasibat funksiyalarının yerinə yetirilməsi üzrə ekspertdir.

Mühasibat uçotu üzrə mütəxəssisin işini səmərəli yerinə yetirmək üçün müəyyən bacarıq və keyfiyyətləri inkişaf etdirmək lazımdır.

Müvəffəqiyyətli mühasib onu xüsusi mütəxəssisə və son dərəcə əhəmiyyətli bir əməkdaşa çevirən müəyyən keyfiyyətlərə malik olmalıdır. Buna görə də, mühasibat uçotu üzrə mütəxəssis adlandırılmaq üçün aşağıda təsvir olunan bacarıq və keyfiyyətlərə malik olmaq lazımdır.

Bundan əlavə, insan resursları üzrə bir menecer olsanız və yaxşı bir mühasibat mütəxəssisini işə götürmək istəsəniz, bu yazı da uyğun namizəd seçməzdən əvvəl düşünməli olduğunuz keyfiyyətləri anlamaqda sizə kömək edəcəkdir.

Müvəffəqiyyətli mühasibin psixoloji keyfiyyətləri
  • Təşkilatçılıq bacarığı: mühasibat uçotu işi, konkret vəzifə öhdəliklərindən asılı olmayaraq, müxtəlif şöbələrin və ya bölmələrin çoxsaylı məlumatlarını müqayisə etmək ehtiyacını özündə cəmləşdirir. Bu baxımdan mühasibat uçotu üzrə mütəxəssisin və xüsusilə də baş mühasibin üzərinə daha da böyük bir yük düşür. Məlumatları müqayisə etməklə yanaşı, baş mühasibin məlumatların dəqiq uçotunu aparması, mühasibat hesabatları hazırlaması və zaman-zaman maliyyə hesabatındakı uyğunsuzluqları yoxlaması gözlənilir. Bu funksiyaları korlamadan və düzəldilməsi baha başa gələn səhvlərə yol vermədən yerinə yetirmək üçün, mühasibat uçotu üzrə mütəxəssis həddən ziyadə təşkilatçı bir insan olmalıdır.

  • Kommunikativ keyfiyyətlər: ünsiyyət vərdişlərinin inkişafı – bu, yaxşı mühasiblərin ümumi cizgiləridir. Yuxarıda qeyd edildiyi kimi, bu iş digər şöbələrin işçiləri ilə daimi qarşılıqlı əlaqəni əhatə edir. Buna görə əla ünsiyyət bacarıqları işinizdə ən yaxşılardan biri olmaq üçün çox vacibdir. Mütəxəssis öz tələblərini digər əməkdaşların, eləcə də rəhbərliyin diqqətinə çatdırmaq imkanına malik olmalıdır. Zərurət olduqda isə yüksək keyfiyyətli təqdimat etmək bacarığı da daxil olmaqla yaxşı kompüter bacarıqları da lazımdır.
  • Yaxşı hesablama bacarıqları və analitik qabiliyyətlər: mühasibat uçotu üzrə mütəxəssis rəqəmlərdən qorxmayan bir insan olmalıdır. Çünki onun vəzifəsinə daim rəqəmlərlə iş daxildir. Güman edilir ki, o, yaxşı riyazi bacarıqlara malikdir və daha əhəmiyyətlisi müqayisə olunan məlumatlar əsasında təhlil aparmağı bacarmalıdır. Mühasibat uçotu əsasən maliyyə təhlili və təfsiri ilə bağlıdır. Beləliklə, mühasibat uçotu üzrə mütəxəssis sözün əsl mənasında analitikdir.
  • Komanda oyunçusu olmaq qabiliyyəti: yaxşı mühasib yaxşı bir komanda oyunçusu olmalıdır. Çünki onun işi digər əməkdaşların işləri ilə əlaqəlidir. Maliyyə məlumatlarını toplamaq və sonradan bu məlumatlarla işləmək üçün mühasib tamamilə işçilərin məlumatlarına etibar edir. Buna görə, başqaları ilə sərbəst ünsiyyət qurmaq üçün mühasibat uçotu üzrə mütəxəssis şəxsiyyətlərarası ünsiyyətin müstəsna bacarıqlarına malik olmalıdır.

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email