16 iyul Ukraynada Mühasiblər və Auditorlar Günüdür

birbank biznes

16 iyul Ukraynada Auditorlar və Mühasiblər Günü kimi qeyd edilir

Müharibənin davam etməsinə baxmayaraq, bu gün Ukraynada Mühasiblər və Auditorlar Günüdür.

Hər il iyulun 16-da Ukraynada mühasiblərin peşə bayramı olan Mühasiblər Günü qeyd olunur. 2018-ci ildən başlayaraq isə bu gün həm də Auditorların peşə bayramı hesab olunur.

Bu günün bayram kimi qeyd olunmasına 1999-cu ildən başlanılıb. Məhz, 1999-cu il iyulun 16-da “Ukraynada mühasibat uçotu və maliyyə hesabatlılığı barədə” Qanun qəbul edilib. Sözügedən Qanun Ukraynada təşkilatların hüquqi əsasları, mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtib olunmasının tənzimlənməsini müəyyənləşdirir. Qanuna əsasən, mühasibat uçotu və maliyyə hesabatlarının məqsədi istifadəçiyə müəssisənin maliyyə, icra vəziyyəti və pul vəsaitlərinin hərəkəti haqqında tam, düzgün və qərəzsiz məlumat verməkdir. 2004-cü ilədək bu bayram Ukraynada qeyri-rəsmi auditorlar və mühasiblər federasiyası tərəfindən qeyd olunurdu. Bu, peşə nüfuzunun yüksəldilməsinə imkan yaratdı. Buna görə hökumət nümayəndələrini mühasiblərə təzə baxış göstərməyə məcbur etdi.

Eyni zamanda, bu, mühasibat uçotunun yalnız vergi hesabatı deyil, həm də idarəetmə qərarlarının qəbul edilməsi üçün əsas olduğunu dərk etməyə imkan verdi.

Nəticədə, mühasibat və audit işçilərinin müəssisələrin, qurumların və təşkilatların maliyyə-təsərrüfat fəaliyyətinin inkişafına mühüm töhfəsini, milli iqtisadiyyatın artımını nəzərə alaraq, Ukrayna Prezidentinin 18 iyun 2004-cü il tarixli 662/2004 saylı Fərmanı ilə Mühasiblər Günü rəsmən müəyyən edilmiş oldu. Onun qeyd olunması tarixi kimi 16 iyul müəyyənləşdirildi.
Prezidentin 20 aprel 2018-ci il tarixli 103/2018 saylı Fərmanı ilə bu sənədə dəyişiklik edildi. Həmin andan sonra 16 iyul Mühasiblər və Auditorlar Günü kimi tanındı.

Print Friendly, PDF & Email