Ümumistehsalat xərcləri hesabı

posted in: Xəbər | 1
birbank biznes

25 «Ümumistehsalat xərcləri» hesabı müəs­si­sə­nin əsas və köməkçi istehsalatlarına xidmət üzrə xərc­lər haqqında məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur.

25 «Ümumistehsalat xərcləri» hesabında əsa­sən maşın və avadanlıqların saxlanması və istismarı xərc­ləri, istehsal təyinatlı əsas vəsaitlərin təmiri xərcləri və amor­tizasiyası, istehsal binalarının saxlanması, işıqlandırılması, qızdırılması xərcləri, istehsalata xidmət edən işçi heyətinin əməyinin ödənişi üzrə xərclər və s. oxşar təyinatlı xərclər əks etdirilə bilər.

25 saylı hesabda qalıq olmur, həmin hesabın debe­tin­də toplanmış bütün xərclər 20 «Əsas istehsalat» və 23 «Köməkçi istehsalat» hesablarının debetinə silinir.

Print Friendly, PDF & Email

  1. Aygün
    |

    Salam.
    Müəssisənin fəaliyyəti xidmətdir.
    1.İşçilər öz maşınları ilə işlə bağlı getdikləri üçün onlara aylıq benzin kartı verilir. Bu yanacağı xərcə salmaq olarmı.
    2.Zəhmət olmasa yanacağın silinməsi ilə bağlı hansı sənədlər tələb olunduğunu yazarsınız. (Yol vərəqi və s.)