Unutqan mühasib

birbank biznes

Mühasibləri təkcə vergiləri ödəmədiklərinə görə cinayət maddəsilə məsuliyyətə cəlb olunmurlar. Cinayət məcəlləsində səhlənkarlıq maddəsi də var. Bu maddə ilə də istintaqa cəlb olunma halları az olmur. Məsələn, bir neçə il əvvəl Moskva vilayətinin vergi müfəttişliyi “Vdoxnovenie” adlı yerli bələdiyyə müəssisəsində planlı yoxlama aparıb. Müfəttişlər müəyyən ediblər ki, mühasib gəlirləri gizlədib və mühasibat uçotunu təhrif edib. Nəticədə dövlət büdcəsinə beş milyon rubl zərər dəyib. İlkin olaraq müstəntiqlər həmişə olduğu kimi CM-nin 199-cu maddəsilə cinayət işi qaldırıblar. Lakin, sonra aşkara çıxıb ki, müəssisənin mühasibi Rimma Şarapova iyul ayında “Mosremservis” ASC cəmiyyəti ilə apardığı hesablaşmalar zamanı əldə edilən gəliri sadəcə mühasibat uçotuna daxil etməyibmiş. Təbii olaraq, həmin məbləğdən vergi də ödənilməyib. Özü də xanım mühasib bundan hər hansı bir fayda götürməyib. Sadəcə o, həmin məbləği uçota salmağı yaddan çıxarıb. Sonda Rimma Şarapovaya qarşı səhlənkarlıq maddəsilə cinayət işi qaldırılıb. Əlbəttə ki, qadın mühasib öz təqsirini inkar etməyib, hər şəyi etiraf edib. Müəssisə isə dəymiş zərəri ödəyib. Nəticədə Rimma Şarapova amnistiyaya düşüb.

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email