Uşağa qulluğa görə müavinət almaq hüququ olan şəxslər

posted in: Müavinət, Xəbər | 0
birbank biznes

Sosial müavinətlərin növləri

Sosial sığorta haqqında” AR qanuna görə uşağa qulluğa görə müavinət sosial sığorta hadisəsi sayılır. Bu o deməkdir ki, sığortaolunanın uşağa qulluq zamanı itirdiyi gəlirlər və mümkün xərclər qanunla müəyyən edilmiş qaydada və məbləğdə sosial müavinət şəklində qarşılanır. Sosial müavinətlər qanunvericilkidə müəyyən edilmiş şəxslərə aylıq yaxud birdəfəlik ödənilən pul vəsaitidir. Uşağa qulluğa görə müavinət sosial müavinət almaq hüququ olan şəxslərə qanunla müəyyən edilmiş qismən ödənişli sosial məzuniyyət dövrü ərzində aylıq ödənir.

Aşağıdakı hallar da sosial sığorta hadisəsi hesab olunur:

  • əmək qabiliyyətinin itirilməsi;
  • ölüm;
  • uşaq doğuşu.

Uşağa qulluğa görə müavinət üzrə hesablamalar və onun ödənilməsi  AR NK-nın “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə” əsasında aparılır.

Sosial sığorta – Sosial sığorta haqqında nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əməkhaqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır

Uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinət

İşləyən qadınlar ana olmağa hazırlaşdığı dövrdə Əmək Məcəlləsinin 125-ci maddəsinə uyğun məzuniyyət götürmək hüququna malikdirlər. Bu məzuniyyət iki hissədən ibarətdir:

  • doğuşa qədər – hamiləliyin son 70 təqvim günü üçün;
  • doğuşdan sonra – 56 təqvim günü.

Əmək məcəlləsində nəzərdə tutulmuş şərtlər daxilində müddət daha çox da ola bilər. Hamiləliyə və doğuşa görə sosial məzuniyyət, onun müddətləri haqqında bizim eyni adlı məqalədən məlumat almaq olar.

Məzuniyyət müddətində dövlət sosial sığortasına cəlb olunmuş şəxs hamiləliyə və doğuşa görə müavinət alır.  Məzuniyyət bitdikdən sonra o, işə qayıtmalıdır. Amma o, digər sosial məzuniyyət hüququndan istifadə edib, uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət götürə bilər. Məzuniyyətin müddəti hər uşağın 3 yaşa çatanadək olan dövrü əhatə edir və işəgötürənə ərizə ilə müraciət edilməklə tam şəkildə yaxud hissələrlə rəsmiləşdirilir. Bu dövrdə işçi qanunvericiliklə müəyyən edilmiş məbləğdə uşağa qulluğa görə müavinət almaq hüququna malikdir.

Qeyd etmək lazımdır ki, bu hüquq yalnız anaya şamil olunmur. Qanunvericiliyə görə uşağa bilavasitə qulluq edən ailənin başqa üzvünün, məsələn, atanın, nənənin, babanın qanunvericilikdə nəzərdə tutulan hallarda uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinət almaq hüququ var.

Müavinətin məbləği  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə müəyyən edilir. Hazırda bir yaş yarımadək uşağa qulluq üçün müavinət 44 manat, bir yaşyarımdan üç yaşınadək uşağa qulluq üçün 28 manat müəyyən edilib.

Daha hansı halda uşağa qulluğa görə müavinət hüququ yarana bilər?

Xəstələnmiş 14 yaşadək uşağa qulluq da sosial sığorta hadisəsi sayılır. Bu zaman uşağın qulluğa ehtiyacı olduğu müddətədək (həm ambulator, həm də stasionar müalicə dövründə) xəstələnmiş uşağa qulluğa görə müavinət verilir. Müavinət anaya, ataya yaxud uşağa bilavasitə qulluq edən digər şəxsə verilir.

İİV (insanın immunçatışmazlığı virusu) ilə yoluxan yaxud QİÇS (Qazanılmış İmmun Çatışmazlıq Sindromu) xəstəliyinə tutulan, əlilliyi müəyyən edilmiş 18 yaşınadək uşağın müalicəsi zamanı  uşağın qulluğa ehtiyacı olduğu dövr üçün valideynlərdən birinin, yaxud digər qulluq edən şəxsin uşağa qulluğa görə müavinət almaq hüququ var.

Yuxarıda qeyd edilən hər iki halda xəstələnmiş uşağa qulluq edən şəxsə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət təyin olunur.

Kimlər uşağa bilavasitə qulluq edən şəxs sayılır?

Diqqət etdinizsə, uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət və məzuniyyət dövründə veriləm sosial müavinət hüququ haqqında danışarkən, ailənin başqa üzvünün də bu hüquqdan istifadə edə biləciyi qeyd edilir. Həmin hüquqdan istifadə edə biləcək valideynlər aşağıdakılardır:

  • əmək müqaviləsinə malik uşağa qulluq edən doğma ata yaxud ana;
  • uşağın doğma anası (atası) ilə nikah münasibətlərində olan və uşaqla birgə yaşayan ögey ata (ana);
  • qanuna müvafiq formada uşağı övladlığa götürən, onunla birgə yaşayan, doğum haqqında şəhadətnamədə ata (ana) kimi qeydə alınmış şəxslər;

“Uşağa qulluğa görə müavinət almaq hüququ olan ailənin başqa üzvləri” dedikdə nənə, baba, xala, dayı, bibi və onların övladları başa düşülür, bir şərtlə ki, onlar:

  • uşaqla bir ailədə, eyni yaşayış sahəsində yaşayıb, ailə təsərrüfatını birgə idarə etsinlər;
  • əmək müqaviləsi ilə işləsinlər;
  • yetkinlik yaşına çatmış sağlam şəxslər olsunlar.

Belə bir situasiyaya baxaq

 Valideynlərin hər ikisi əmək müqaviləsi üzrə işləyir, ana 1500, ata 900 manat əməkhaqqı alır. Ananın uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət götürməsi ailə büdcəsi üçün itkidir. Odur ki, qarşılıqlı razılıq əsasında bu hüquqdan ata istifadə edə bilər (Əmək məcəlləsi, 127-ci maddə).

Print Friendly, PDF & Email