» » » “Vahid büdcə təsnifatı barədə” Qərarda kiçik dəyişiklik edildi

“Vahid büdcə təsnifatı barədə” Qərarda kiçik dəyişiklik edildi

posted in: Xəbər | 0

vahid büdcə təsnifatıAZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 257
Bakı şəhəri, 8 iyun 2018-ci il
“Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq
edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli
qərarında dəyişiklik edilməsi haqqında

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1025-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 mart tarixli 3837 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 10, maddə 866; 2006, № 3, maddə 303, № 5, maddələr 463, 468, № 8, maddə 731, № 9, maddə 822, № 11, maddə 994; 2007, № 1, maddə 50, № 10, maddə 1021, № 12, maddələr 1343, 1352; 2008, № 2, maddə 130, № 4, maddə 308, № 10, maddə 936; 2009, № 1, maddələr 22, 32, № 2, maddələr 144, 150, № 9, maddələr 736, 753; 2010, № 4, maddə 369, № 11, maddə 1048; 2011, № 1, maddə 66, № 4, maddə 365; 2012, № 9, maddə 934; 2013, № 8, maddə 1000, № 10, maddə 1202; 2014, № 1, maddələr 59, 69, № 2, maddə 201, № 5, maddə 557, № 6, maddələr 745, 747, № 9, maddə 1130; 2015, № 2, maddə 227, № 3, maddələr 328, 337, № 6, maddələr 774, 781, № 7, maddə 890, № 11, maddə 1412; 2016, № 3, maddə 595, № 4, maddələr 806, 831, № 5, maddələr 941, 955, № 8, maddə 1450, № 9, maddə 1561, № 12, maddələr 2220, 2241; 2017, № 4, maddə 643, № 6, maddə 1244, № 9, maddələr 1722, 1745, № 10, maddə 1896; 2018, № 1, maddə 122, № 3, maddə 630; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 aprel tarixli 128 nömrəli və 30 aprel tarixli 186 nömrəli qərarları) ilə təsdiq edilmiş 3 nömrəli əlavə – “Büdcə xərclərinin iqtisadi təsnifatı”na Əlavə”nin “273100. “Müavinətlər üzrə ödənişlər” paraqrafında “dövlət qulluğunda xidmət illərinin minimum həddinə” sözləri “dövlət qulluğu vəzifəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına” sözləri ilə əvəz edilsin.

Azərbaycan Respublikasının
Baş naziri                                             Novruz Məmmədov

Mənbə: cabmin.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *