Vahid büdcə təsnifatı ilə bağlı Qərarda dəyişiklik edilib

posted in: Xəbər | 0
birbank biznes

Vahid büdcə təsnifatıAzərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 2001-ci il 1 fevral tarixli 31 nömrəli, “Azərbaycan Respublikası vahid büdcə təsnifatı-nın
təsdiq edilməsi barədə” 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli və “Azərbaycan Respublikasının vahid büdcə təsnifatı-nın təsdiq edilməsi barədə” 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında

“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 27 noyabr tarixli 1343-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 814 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 2, maddə 110, № 7, maddə 512; 2002, № 9, maddə 580; 2005, № 6, maddə 559; 2006, № 8, maddə 730; 2009, № 9, maddə 755; 2010, № 1, maddə 67; 2016, № 12, maddə 2230; 2018, № 2, maddə 362, № 5, maddə 1112) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci hissədə “və 193.4-cü” sözləri “,193.4-cü və 194-cü” sözləri ilə əvəz edilsin və həmin hissəyə “müdafiəçiyə” sözündən sonra “(vəkilə)” sözü əlavə edilsin;

1.2. 4-cü hissəyə “müdafiəçinin” sözündən sonra “(vəkilin)” sözü əlavə edilsin.

2. “Azərbaycan Respublikası vahid büdcə təsnifatı-nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 10, maddə 866; 2006, № 3, maddə 303, № 5, maddələr 463, 468, № 8, maddə 731, № 9, maddə 822, № 11, maddə 994; 2007, № 1, maddə 50, № 10, maddə 1021, № 12, maddələr 1343, 1352; 2008, № 2, maddə 130, № 4, maddə 308, № 10, maddə 936; 2009, № 1, maddələr 22, 32, № 2, maddələr 144, 150, № 9, maddələr 736, 753; 2010, № 4, maddə 369, № 11, maddə 1048; 2011, № 1, maddə 66, № 4, maddə 365; 2012, № 9, maddə 934; 2013, № 8, maddə 1000, № 10,

maddə 1202; 2014, № 1, maddələr 59, 69, № 2, maddə 201, № 5, maddə 557, № 6, maddələr 745, 747, № 9, maddə 1130; 2015, № 2, maddə 227, № 3, maddələr 328, 337, № 6, maddələr 774, 781, № 7, maddə 890, № 11, maddə 1412; 2016, № 3, maddə 595, № 4, maddələr 806, 831, № 5, maddələr 941, 955, № 8, maddə 1450, № 9, maddə 1561, № 12, maddələr 2220, 2241; 2017, № 4, maddə 643, № 6, maddə 1244, № 9, maddələr 1722, 1745, № 10, maddə 1896; 2018, № 1, maddə 122, № 3, maddə 630, № 4, maddələr 785, 831, № 6, maddə 1356, № 7 (II kitab), maddə 1628, № 8, maddə 1799, № 10, maddələr 2142, 2155, № 11, maddə 2428) aşağıdakı dəyişikliklər edilsin:

2.1. həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə – “Büdcə xərclərinin funksional təsnifatı”na Əlavənin 14.3.0-cı və 14.3.2-ci yarımbəndlərinə “göstərilməsi,” sözündən sonra “ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış vəkil tərəfindən göstərilən hüquqi yardımın ödənilməsi,” sözləri əlavə edilsin.

2.2. həmin Qərarla təsdiq edilmiş 3 nömrəli əlavə – “Büdcə xərclərinin iqtisadi təsnifatına” Əlavənin “282100. “Sair xərclər” paraqrafına “yardımın göstərilməsi,” sözlərindən sonra “ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış vəkil tərəfindən göstərilən hüquqi yardımın ödənilməsi,” sözləri əlavə edilsin.

3. “Azərbaycan Respublikasının vahid büdcə təsnifatı-nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155) aşağıdakı dəyişikliklər edilsin:

3.1. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin funksional təsnifatına əlavə”nin “3.5.0. “Hüquqi yardım” köməkçi bölməsinə “təqsirləndirilən şəxslərə” sözlərindən sonra “, ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış vəkilə” sözləri əlavə edilsin;

3.2. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatına əlavə”nin “222990. “Sair xərclər” maddəsinə “göstərilməsi,” sözündən sonra “ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış vəkil tərəfindən göstərilən hüquqi yardımın ödənilməsi ilə bağlı xərclər,” sözləri əlavə edilsin.

Azərbaycan Respublikasının
Baş naziri                              Novruz Məmmədov

Mənbə: cabmin.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email