Aparıcı Mühasib tələb olunur

birbank biznes

vakansiya Aparıcı MühasibVakansiya: Aparıcı Mühasib

İşəgötürən: ATL İnfoTech

ATL İnfoTech şirkəti (www.atltech.az) 2013-cü ildə təsis edilmişdir və informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərir. Gənc olmasına baxmayaraq, geniş işçi qüvvəsinə malik olan şirkətimizin əməkdaşları informasiya texnologiyaları, telekommunikasiya, bankçılıq və maliyyə, dövlət və özəl şirkətlər və s. kimi sahələrdə peşəkar iş təcrübəsinə malikdirlər. Fəaliyyəti boyunca şirkətimiz Cisco, Microsoft, Oracle, HP və s. kimi bir çox beynəlxalq təşkilatlarla əməkdaşlığın əsasını qoymuşdur.

Hal- hazırda ATL İnfoTech şirkəti Aparıcı Mühasib üzrə vakansiya elan edir.

Öhdəliklər:

  • Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
  • Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
  • Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.;
  • Mal-materialların uçotunun aparılması;
  • Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi;
  • Anbar satışlarının uçotunun daxil edilməsi;
  • Baş Mühasibin verdiyi taprşırıqları icra etməli.

Tələblər:

  • 1C (8.3) üzrə yüksək səviyyədə biliyə sahib olmaq;
  • Əlaqədar sahə üzrə ali təhsil (maliyyə və ya iqtisadiyyat üzrə);
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi.

Əmək haqqı  uğurlu namizədlə müzakirə ediləcəkdir. Maraqlanan şəxslərdən müraciət anketlərini (CV)  Aparıcı Mühasib başlığı ilə  / ünvanına göndərmələri xahiş olunur.

Mənbə: jobsearch.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Print Friendly, PDF & Email