Veysəloğlu Şirkətlər Qrupu “Aparıcı Mühasib” axtarır

birbank biznes

mühasib vakansiyaVəzifə: Aparıcı Mühasib
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Müvafiq sahə üzrə 3 il
Təhsil: Ali iqtisadi təhsil

Şirkət haqqında:
1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 13.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir.

2019-cu ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

İşin Təsviri:

Bank ödənişlərinin sistemə işlənilməsi və icra edilməsi, ƏDV, Statistik və DSMF hesabatlarının verilməsi, üzləşmə prosedurunun təmin edilməsini həyata keçirmək

Vəzifə öhdəlikləri:

– Mühasibat uçotu,Vergi, DSMF və Statistika ilə bağlı əməliyyatları icra etmək;
– Vergi orqanları tərəfindən göndərilən sorğuların izlənilməsi və cavablandırılması;
– Bütün vergi hesabatlarının göndərilməsi (ƏDV, ÖMV, Mənfəət və s);
– E-qaimə fakturalarının və VHF nın yazılması;
– Statistika hesabatlarının hazırlanması və göndərilməsi;

– DSMF ilə bağlı hesabatların hazırlanması və təqdim edilməsi;
– Məşğulluqla bağlı hesabatların hazırlanması və təqdim edilməsi;
– Müqavilələrdə ödəniş şərtlərinin yoxlanılması, bank ödənişlərinin həyata keçirilməsi;
– Gündəlik bank ödənişlərinin sistemə işlənilməsi;
– Debitor və kreditorlarla qarşılıqlı üzləşmələrin aparılması.

Tələblər:

– Beynəlxalq Maliyyə Hesabatları Standartları (IFRS) biliyi;
– Vergi uçotu sahəsində biliklər;
– MS Office proqramları biliyi;
– Analitik düşünmə bacarığı və statistik göstəricilərlə işləmə qabiliyyəti.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

–  İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
–  Nahar ilə təmin edilmə.

Müraciət qaydaları:  / elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – Aparıcı mühasib – Logistika yazıb CV göndərməklə müraciət edilir.
Mənbə: kadr.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun. 
Print Friendly, PDF & Email