Vakansiya: Digər kredit təşkilatlarına nəzarət idarəsinin analitiki

posted in: Vakansiya, Xəbər | 0
birbank biznes

Xərclərə Nəzarət Üzrə Baş Mütəxəssis, Vakansiya Maliyyə Meneceri Baş MühasibVakansiya: Digər kredit təşkilatlarına nəzarət idarəsinin analitiki.

İşəgötürən: AR Maliyyə Bazarlarına Nəzarət Palatası.

Şəhər: Bakı

Yaş: 25 – 35 yaş

Cins: Fərqi yoxdur

Təhsil: Ali

İş təcrübəsi: 1 ildən 3 ilə qədər

Əlaqədar şəxs: HR

E-mail: /

Əmək haqqı: Razılaşma

İş barədə məlumat

• DKT-nın maliyyə vəziyyətində kəskin dəyişikliklər, habelə, şübhə doğuran əməliyyatların yoxlanması məqsədilə yoxlama və digər nəzarət tədbirlərinin həyata keçirilməsidə iştirak və ya bu barədə təkliflərin verilməsi;
• DKT-na tətbiq olunan təsir, təshih tədbirləri və sanksiyaların elektron reyestrini aparmaq və zərurət yarandıqda müvafiq sahə üzrə mütəxəssis cəlb etməklə icrasının monitorinqini həyata keçirmək;
• DKT-nın yenidən təşkili, onların filial, şöbə və nümayəndəliklərinin açılmasına və bağlanmasına rəy hazırlanması, eləcə də digər hüquqi şəxslərin kapitalında iştirakla bağlı rəy hazırlanması.
• Nəzarət subyektlərinin qanunvericilik bazasının təkmilləşdirməsi, sektorun inkişafı və effektiv nəzarət mexanizminin tətbiqi üçün araşdırılmaların aparılması və təkliflərin hazırlanması

Namizədə tələblər

• Tam ali təhsil (Maliyyə, iqtisadiyyat);
• Bank və ya maliyyə sahəsi üzrə 2 il iş təcrübəsi;
• Lizinq və ya lombard fəaliyyəti istiqamətində təcrübəsi olması arzuolunandır
• Səlis Azərbaycan, yüksək səviyyədə ingilis dili və orta səviyyədə rus dili bilikləri;
• MS Office proqramlarından sərbəst istifadə etmək bacarıqları;
• Digər analitik (Power BI) və statistik (SPSS) proqramlar üzrə bacarıq arzuolunandır.
• Maliyyə sahəsi üzrə beynəlxalq sertifikatların olması (CFA, CİMA, ACCA) arzuolunandır
• Yüksək analitik bacarıqlar, təqdimat bacarıqları, operativlik, normayaradıcılıq bacarığı, təşəbbüskarlıq, problemləri həll etmə, qərarvermə, təşkilatçılıq, analitik düşüncə.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzuda vakansiyanın adını qeyd etməklə / elektron ünvanına göndərə bilərlər.

Mənbə: finstaff.az
Vakansiya, nəzarət, kredit
Print Friendly, PDF & Email