Vakansiya: Mühasib tələb olunur

vakansiya mühasibVakansiya: Mühasib
Şöbə: Maliyyə
Məruzə etdiyi şöbə rəisi: Maliyyə Direktor
İş yeri: Amburan İK

Əsas vəzifə və öhdəliklər:

– Gündəlik  olaraq satış çeklərinə əsasən ümumi satış üzrə yekun analiz hesabatını hazırlayıb baş ofisə e-mail vasitəsi ilə göndərmək.
– Satış çeklərinə əsasən gəlir, debitor borc və pos terminaldan əldə olunan məbləği 1C proqramına əlavə etmək.
– Kassadan məxaric  və mədaxil olunan xərc  və gəlirləri  1C proqramına əlavə etmək.
– Gündəlik olaraq hər ötən gün üçün ümumi kassa analiz hesabatını tərtib etmək.
– Avansın verilməsi və ona görə hesabatın hazırlanması
– Anbara daxil olan malların giriş-çıxışına tam nəzarət
– Hər ayın əvvəlində ötən aya görə əmək haqqı siyahısını hazır edib işçilərə vermək

– Əcnəbi vətəndaşlar üçün avia biletlərin sifarişi və alınması
– Hər ayın əvvəlində ötən aya görə içki satış hesabatını hazırlayıb tərtib etmək.
– Hər ayın əvvəlində ötən aya görə 5% mükafat hesabatını hazırlamaq.
– Mükafat cədvəlini ayrı-ayrı şöbələr üzrə hazırlayıb tərtib etmək.
– HR Back Office proqramında anbardar tərəfindən qaimələr üzrə sistemə əlavə olunan mallara nəzarət edib yoxlamaq.
– HR Back Office proqramına əlavə edilən malları və məbləğləri anbar dəftəri  ilə üzləşdirirb yoxlamaq.
– Müəyyən vacib sənədlərin ofisə göndərilməsini  hazırlamaq.
– Xəzinədarların işinə nəzarət.

– Hər ayın sonunda bütün firmalarla aylıq borcun yoxlanılması,həmin borcun rəsmi və ya qeyri rəsmi qaydada ödənişlərinin həyata keçirilməsi
– Catering iaşə xidməti ilə bağlı pərakəndə satış üzrə rəsmi və qeyri-rəsmi hesabatların hazırlanması
– Kreditor və debitor firmaların yekun məbləğinin 1C proqramında yoxlanılması.
– Anbarda işləyən işçini müəyyən günlərdə əvəz etmək.
– Firmalardan  gələn malların kodlaşdırılması və sistemə daxil edilməsi
– Firmalarla nağd qaydada hesablaşma
– Günəlik olaraq ötən günə görə kassalardan pulların təhvil-təslimi
– Həftədə bir dəfə xəzinədarlarla bir araya gəlib bütün problemləri maksimum dərəcədə minimuma endirmək

Mühasib üçün tələb olunan bacarıqlar: 

– İşin tələb olunan vaxtda yerinə yetirilməsi
– Təşəbbüskarlıq
– Görüləcək işləri qabaqcadan və düzgün planlaşdırması
– Ünsiyyət qurma bacarığı
– Peşəkar olmaq

Bilik və Təcrübə: 

– Müvafiq vəzifədə ən azı 5 il iş təcrübəsi
– Ali təhsil
– Komputer bilikləri
– Maliyyə hesabatçılıq prinsinpləri

E – mail : hr@amburan.com / info@finstaff.az

Mənbə: jobsearch.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *