“Collezione Italia” fəaliyyət istiqaməti Avropa premium mebel brendlərinin və lüks interyer dizayn predmetlərinin (mebel və mətbəx, santexnika, divar örtükləri, divar kağızları, parket, qapı, pəncərə, pərdə, işıqlandırma, zəngin qab-qacaq kolleksiyası və ev üçün aksessuarların) satışı olan şirkəti üçün Mühasib-analitik vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
– Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesablarında əks etdirilməsi və kassa hesabatlarının yoxlanması;
-G ündəlik kassa əməliyyatlarının, təhtəlhesab, balans, avans hesabatının aparılması;
– İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq dövlət orqanlarına göndərilməsi;
– Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;
– Aylıq əmək haqqı cədvəllərinin hesablanması və hazırlanması, işçilərin əmək haqlarının və digər ödənişlərinin aparılması;
– İnventarizasiya təcrübəsinin olması( anbar,əsas vəzait, mal-material);
– Kredit və lizinq əməliyyatlarının aparılması. Annuitet və azalan balans metodu.
Vakansiya ilə bağlı tələblər:
– Ali iqtisadi təhsil;
– Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli;
– Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti;
– MS Office proqramlarını bilməli (mükəmməl Excel bilikləri) ;
– 1C 8 proqramı ilə işləmək bacarığı;
– Müvafiq sahədə 3 ildən çox iş təcrübəsi (Mebel sektorunda təcrübəsi olan namizədlərə üstünlük veriləcək);
– Dil bilikləri: Azərbaycan dili (əla), rus dili və ingilis dili bilən namizədlərə üstünlük verilə bilər.
– Maliyyə və mühasibatlıq sahəsi üzrə analitik təhlil qabiliyyətinin olması;
– Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
Əlavə məlumat:
– İş saatı: 10:00-19:00
– Yaş həddi: 26 – 35
– Cinsi: Kişi
– Əməkhaqqı: 900-1000