Vakansiya: Mühasib
İşəgötürən: “Modern Group of Companies” MMC
-
Şəhər: Ağsu
-
Yaş: 25 – 45 yaş
-
Təhsil: Ali
-
İş təcrübəsi: 1 ildən 3 ilə qədər
-
Əlaqədar şəxs: İnarə Vahidova
-
Telefon: (012) 564-21-21 / (055) 254-23-13
- Əmək haqqı: 700 – 900 AZN
Vakansiya barədə məlumat
– Həyata keçirilən maliyyə-təsərrüfat əməliyyatlarının Azərbaycan Respublikasının maliyyə və digər qanunvericiliyinə uyğunluğunu təmin edir
– Maliyyə hesabatlarını kommersiya təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun tərtib edir
– Maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunu və təşkilatın ehtiyatlarına qənaətcil istifadəsinə nəzarəti və onun mülkiyyətinin qorunmasını təmin edir
– Cəmiyyətin gəlir və xərclərinin uçotu, xərclər smetasının icrası, istehsalın realizasiyası, işlərin (xidmətlərin) icrası, təşkilatın təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin uçotunu həyata keçirir
– İlkin sənədlər və mühasibat qeydləri əsasında Müəssisənin düzgün hesabatını tərtib edir, onun müəyyən olunmuş müddətdə hesabat istifadəçilərinə təqdimatını təmin edir
– Cəmiyyətin ilkin və mühasibat sənədlərinin, hesablaşma və ödəmə öhdəliklərinin hazırlanması qaydalarını təmin edir
– Pul vəsaitlərinin, mal-material sərvətlərinin, əsas fondların, hesablaşma və ödəmə öhdəliklərinin inventarlaşdırılmasında müəyyən olunmuş qaydalara və qanunvericiliyin tələblərinə əməl olunmasını təmin edir
– İş qrafiki: 5 günlük (09:00-dan 18:00-dək)
Mühasib üçün tələblər
– Ali təhsil
– Müvafiq sahədə minimum 3 il iş təcrübəsi
– Vergi və əmək məcəlləsi üzrə biliklər
– Excel; 1C proqramları ilə işləmək bacarığı
– Mal-material, əsas vəsait, əmək haqqı uçotunu, bank-kassa əməliyyatlarını aparmaq bacarığı
– Elektron vergi əməliyyatlarını (EQF, EHF, bəyannamə) icra etmək bacarığı
– Detallara qarşı diqqətlilik, analitik düşüncə tərzi, rahat ünsiyyət yaratmaq qabiliyyəti, problemləri müstəqil həll edə bilmək bacarığı.
Mənbə: boss.az