Vakansiya: Mühasib
İşəgötürən: BRPG LLC
Vəzifələr:
– Mal-material və əsas vəsaitlərin uçotunun aparılması:
Mal-materiala dair alış sənədlərinin alqı-satqı müqaviləsinə, təchizatçıların sifarişlərinə uyğun olub-olmamasının yoxlanılaraq işlənməsi;
Mal-materialların alışı, yerdəyişməsi, geri qaytarılması və silinməsi ilə bağlı sənədləşmə işlərinin müvafiq qanunvericilik aktlarına və mühasibat uçotu standartlarına uyğunluğunun yoxlanılması;
– Anbarlarla mütəmadi üzləşmələrin aparılması ;
– Aylıq inventarizasiyaların aparılmasının təşkili və onların aparılmasında iştirak edilməsi, nəticələrin təhlil edilməsi və mal-material uçotuna lazımi dəyişikliklərin edilməsi;
– Malgöndərənlərlə hesablaşmalın və aylıq üzləşmələrin aparılması;
– Kassa və ezamiyyə sənədlərinin hazırlanması;
– Təh-təl şəxslərlə hesablaşmalar və onların uçotu;
– Tələb olunan hesabatların vaxtında və dəqiq hazırlanıb verilməsi.
Tələblər:
– Ali iqtisadi təhsil;
– Müvafiq sahə üzrə ən azı 2-3 il ciddi iş təcrübəsi;
– 1C 8.2,8.3 proqramlarında yaxşı işləmə bacarığı;
– Ofis proqramlarında işləmə bacarığı;
– Yüksək analitik qabiliyyət, cəld işləmə bacarığı;
– İşə məsuliyyətli yanaşmaq, dəqiq və səliqəli işləmək, nizam-intizama riayət etmək;
– Azərbaycan dilini mükəmməl bilmək (rus və ingilis dili bilikləri üstünlükdür)
Vakansiya şərtləri:
İş qrafiki:
– Bazar ertəsi – cümə: saat 9:00 – 18:00
– Şənbə: saat 9:00 – 15:00
– Nahar ilə təmin olunma.
– Əmək haqqı: 800-1000 AZN
– 3 aylıq sınaq müddəti nəzərdə tutulur.
Vakansiyaya uyğun olan namizədlər CV-lərinizi / ünvanına mövzu yerində Mühasib yazaraq göndərə bilərlərsiniz.
Mənbə: jobsearch.az