“Kaspi” Təhsil Şirkəti Vergi üzrə Mühasib vəzifəsi üçün vakansiya elan edir.
Mühasib üçün öhdəliklər:
• Şəxsi hesab vərəqələrinin gündəlik təqib edilməsi;
• Vergi (MÖMV, ÖMV, MV, HŞƏV və s.), DSMF, Statistika hesabatlarının təqdim olunması;
• Kameral uyğunsuzluqların yoxlanılması və uyğunsuzluqlara cavabların yazılması;
• Vergi və digər dövlət qurumları ilə danışıqların aparılması;
• Mənfəət və zərər hesabatının tərtib edilməsi;
• Balans hesabatının tərtibi;
• Əsas vəsaitlərin amortizasiya və təmir xərclərinin qanunvericiliyə uyğun yoxlanılması;
• Kreditorlar üzrə ilkin sənədlərin yoxlanılması;
• Kreditorlar üzrə ödəniş tapşırıqlarının hazırlanması;
• Debitor borcların təqib edilməsi və debitorlardan banka daxil olan vəsaitlərin müvafiq debitora aid edilməsi;
• Kassa kitabına, bank əməliyyatlarına və e-Qaimə-fakturalara nəzarət edilməsi;
• Pul vəsaitlərinin hərəkəti hesabatının tərtib edilməsi.
Vakansiya tələbləri:
• Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə biliklər;
• Müvafiq sahə üzrə ali təhsil;
• Sahə üzrə minimum 3 (üç) il iş təcrübəsi;
• Komandada işləmək bacarığı.
Əlavə məlumatlar:
• İş qrafiki: I-V günlər 09:00-18:00
• İş yeri: Bakı ş., “Kaspi” Təhsil Şirkəti
• Elan tarixi: 07.03.2019
• Son müraciət tarixi: 31.03.2019
Maraqlananlar http://kaspi.edu.az/career keçidinə daxil olub İşə müraciət formasını doldurmaqla müraciət edə bilərlər.
Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.
Mənbə: jobsearch.az