Xərclər üzrə mühasib tələb olunur

birbank biznes

VakansiyaLankaran Springs & Wellness Resort” xərclər üzrə mühasib vəzifəsi üçün vakansiya elan edir.

Vakansiya barədə ümumi məlumat:

  • Maliyyə Nəzarətçisi tərəfindən xüsusi sahə üçün müəyyən edilmiş vəzifələri Baş Mühasib və ya Böyük Mühasibin nəzarəti altında həyata keçirmək.
  • Təsərrüfat Şöbəsinin fəaliyyət sistemini və mehmanxanada bütün daxili nəzarət proseduralarını tam anlamaq.
  • Təchizat Şöbəsi üçün edilən bütün sifarişlərin Mehmanxananın siyasət və proseduralarına uyğun olmasını təmin etmək.
  • Hər anbarda fond səviyyəsinə nəzarət etmək və zəif hərəkət edən malların təhlilini aparmaq.
  • Qəbul edilən malların hesabatını və sənədləşməsini gündəlik şəkildə yoxlamaq.
  • Verilən mallar üçün proseduraya və qoyulan vaxta riayət edilməsinə əmin olmaq.
  • Verilən malların hesabatını gündəlik olaraq yoxlamaq və bütün sifarişlərin düzgün yerləşdirilməsini təyin etmək.
  • Təchizat Şöbəsindəki avadanlığın (məsələn, malların ölçülməsi üçün tərəzilər) lazımi vəziyyətdə olduğuna və onlardan düzgün istifadə edildiyinə əmin olmaq.
  • Şöbələrini mənfəətlə idarə etmək məqsədi ilə Departament rəhbərlərinə həftəlik/aylıq əsasında xərcləri üzrə hesabatları göndərmək.
  • Hər ay inventar hesablama həyata keçirmək və aşkar edilmiş bütün uyğunsuzluqları barədə Maliyyə Nəzarətçisinə məlumat vermək.

 Telegram qrupumuza üzv olun

Namizədə tələblər:

• Ali təhsil (İqtisadi yönümlü təhsili olanlara üstünlük veriləcək)
• Minimum 1 il “Xərclər üzrə mühasib” kimi təcrübəyə sahib olmaq
• Otel təcrübəsi olanlara üstünlük veriləcək
• Azərbaycan və İngilis dilinə mükəmməl hakimiyyət, Rus dili arzuolunandır
• Lənkəranda iqamət etmək və işləmək imkanı
• Həftədə 6 günlük cədvəllə işləmək

Təklif edirik:

• Lənkəranda yaşamaq üçün imkan (əməkdaşlar paylaşılan otaq 2 nəfərlik)
• Tibbi sığorta
•  Növbədə (işdə) olarkən yemək Otel tərəfindən təmin olunur
• Maaş – müsahibə əsasında təyin olunur

Vakansiya ilə maraqlanan namizədlər CV nümunələrini Xərclər üzrə mühasib başlığı ilə  / ünvanına gödərməlidirlər.

Mənbə: jobsearch.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email