Varlıların vergi yükü artırılmalıdır

posted in: Vergi, Xəbər | 0
birbank biznes

“Microsoft” şirkətinin qurucusu, multimilyarder Bill Gates CNN agentliyi müsahibəsində bəyan etmişdir ki, digər varlı amerikalılar kimi, o da dövlət büdcəsinə hazırda olduğundan xeyli çox vergi ödəməlidir: “Mən indiyədək hamıdan çox – 10 milyard dollardan artıq vergi ödəmişəm. Hökümət mənim vəziyyətimdə olan insanlardan daha yüksək məbləğlər ödəməyi tələb etməlidir”.

Qeyd edək ki, Bill Gates Prezident Donald Trump-ın imzaladığı vergi islahatını bəyənmir. Onun fikrincə, bu islahat proqressiv deyil, reqressiv vergitutma şkalası əmələ gətirəcək, varlı insanların həyatını yüngülləşdirəcək, orta sinfin həyatına isə heç bir təsir göstərməyəcək”.

“Forbes”in yaydığı məlumatda isə bildirilmişdir ki, Donald Trump-ın vergi islahatı ucbatından “Microsoft” şirkəti bu maliyyə ilinin ikinci rübündə keçən ilin analoji dövrü ilə müqayisədə 6,3 milyard dollar ziyana düşmüşdür. Göstərilən müddət ərzində şirkət vergi islahatı ilə əlaqədar 13,8 milyard dollar əlavə ödəniş etməli olmuş, dövriyyəsi isə 12 faiz artaraq 28,9 milyard dollara çatmışdır.

Mənbə: www.vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email