“Vəkalətnamə”ni necə yazmalı??

posted in: Xəbər | 0

VəkalətnaməVəkalətnamə qiymətli bir əşyanı müəyyən təşkilatdan almaq üçün lazımi şəxsə verilən xüsusi formada tərtib edilmiş sənəddir. İdarə və təşkilat onu etibar etdiyi şəxsin adına yazarkən imza qoyur və müəssisənin möhürü ilə təsdiq edir.

Vəkalətnamə təkcə təşkilatlar arasında əməliyyata deyil, müəyyən şəxsə də aid edilə bilər.

Fərq bundadır ki, təşkilatların bir-birinə verdiyi vəkalətnamələr xüsusi formada mətbəədə hazırlanır. Həmin sənəd aşağıdakı kimi tərtib edilir:

  1. Vəkalətnamə verilən şəxsin adı, atasının adı, vəzifəsi.
  2. Vəkalətnaməni verən şəxs və ya təşkilat (onun adı, atasının adı, soyadı, vəzifəsi, yaxud müəssisənin adı, yeri tam şəkildə göstərilməlidir).
  3. Alınan əşyanın miqdarı, yaxud etibar ediləcək materialın məzmunu.
  1. Vəkalətnamənin müddəti (həm rəqəm, həm də hərflə).
  2. Vəkalətnaməyə məsul olan şəxsin imzası.
  3. Vəkalətnamənin verildiyi tarix.
  4. Vəkalətnaməyə məsuliyyət daşıyan şəxsin vəsiqəsinin seriya və nömrəsi, hansı daxili işlər şöbəsindən verildiyi və şəxsiyyət vəsiqəsinin verilmə tarixi.

Nümunə üçün faylı yükləyin:  Vəkalətnamə-Nümunə (340 downloads)


Həmçinin bax: “Etibarnamə”ni necə yazmalı??

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *