“Vergi auditi” anlayışı və onun məqsədi
Vergi auditi – müəssisə və təşkilatların vergi qanunvericiliyinə əməl etməsini, hesabatların düzgün tərtib olunmasını və dövlət büdcəsinə ödənişlərin tam şəkildə həyata keçirilməsini yoxlayan müstəqil nəzarət formasıdır. Vergi auditinin əsas məqsədi – sahibkarlıq subyektinin vergi öhdəliklərinin qanunvericiliyə uyğun yerinə yetirildiyini müəyyən etmək, vergi risklərini azaldaraq şəffaf maliyyə uçotunu təmin etməkdir.
Yoxlamanın nətiəsi kimi tərtib edilən audit rəyi özündə, bir qayda olaraq aşağıdakıları əks etdirir:
- şirkətdə vergi hesablamalarının düzgünlüyü;
- cari dövrdə məcburi ödənişlərin vəziyyəti;
- vergi güzəştlərindən istifadənin qanuniliyi;
- vergi uçotu sisteminin qanunvericiliyin tələblərinə uyğunluq dərəcəsini və digərləri.
Audit xidmətləri sırasında həm dövlət, həm də özəl sektor üçün vacib nəzarət mexanizmi sayılan vergi auditi müasir iqtisadi şəraitdə müəssisələrin maliyyə sabitliyini və investor etimadını qorumaq üçün zəruri vasitə kimi çıxış edir.
Vergi auditinin növləri
Vergi auditinin bir neçə növü mövcuddur və bu növlər məqsəd, məzmun və icra formalarına görə fərqlənir. Təşəbbüskara görə aşağıdakı növləri vardır:
- məcburi vergi auditi – qanunvericiliyə əsasən müəyyən müəssisələr üçün zəruri olan audit növüdür, adətən illik dövriyyəsi və aktivləri müəyyən məbləğdən artıq olan şirkətlər üçün tətbiq edilir.
- könüllü vergi auditi – müəssisə tərəfindən təşəbbüs qaydasında həyata keçirilir, məqsəd, gələcək yoxlamalarda riskləri öncədən aşkarlamaq və aradan qaldırmaqdır.
İcra formasına görə bunlar fərqləndirilir:
- daxili vergi auditi – təşkilatın daxili nəzarət sistemi çərçivəsində aparılır, əsas məqsəd – vergi uçotu və hesabat sisteminin səmərəliliyini artırmaqdır.
- xarici vergi auditi – müstəqil auditor təşkilatları və ya lisenziyalı auditorlar tərəfindən həyata keçirilir. Onlar audit rəyi verərək, müəssisənin vergi hesabatlarının obyektivliyini qiymətləndirirlər.
Bu növlərin hər biri müəssisənin ölçüsünə, fəaliyyət sahəsinə və risk səviyyəsinə görə seçilir.
| İşgüzar tərəfdaşımız “Audit.Az” MMC-nin auditi xidmətlərindən istifadə edin. Şirkətin auditorları: • səhvləri, mümkün riskləri müəyyən edəcək; • onları aradan qaldırmaq, mümkün qədər azaltmaq üçün yollar göstərəcək; • qanun çərçivəsində ehtiyatları aşkar edəcək (işin həcmindən asılı olaraq əlavə müqavilə istisna olunmur); • səyyar vergi yoxlamaları öncəsi lazımi işlərin görülməsinə yardım edəcəklər. Daha ətraflı məlumat üçün buraya keçin. |
Vergi auditinin tətbiq sahələri
Vergi auditi demək olar ki, bütün iqtisadi sahələrdə tətbiq olunur. Xüsusilə:
- maliyyə, bank və sığorta sektoru – bu sahələrdə audit yüksək dəqiqlik tələb etdiyindən, audit hesabatları həm tənzimləyici orqanlar, həm də xarici investorlar üçün vacibdir.
- istehsal və ticarət müəssisələri – malların maya dəyəri, gəlir və xərclərin düzgün uçota alınması vergi auditi zamanı əsas istiqamət kimi araşdırılır.
- kənd təsərrüfatı və xidmət sektoru – güzəştli vergi rejimləri və subsidiyalar səbəbindən audit zamanı xüsusi yanaşma tələb olunur.
Beləliklə, vergi auditi yalnız hesabatların yoxlanması deyil, həm də müəssisənin maliyyə sisteminin sağlamlığını ölçən mühüm göstəricidir.
Audit rəyi və onun əhəmiyyəti
Vergi auditinin yekunu auditor tərəfindən tərtib olunan audit rəyi ilə ifadə olunur. Audit rəyi – müəssisənin maliyyə və vergi hesabatlarının düzgünlüyü barədə auditorun gəldiyi peşəkar nəticədir.
Audit rəyi aşağıdakı formalarda təqdim oluna bilər:
- Şərtsiz (müsbət) rəy – hesabatlarda ciddi uyğunsuzluq yoxdur;
- Şərti rəy – bəzi əhəmiyyətsiz uyğunsuzluqlar aşkarlanıb;
- Mənfi rəy – maliyyə və ya vergi məlumatları ciddi şəkildə təhrif olunub;
- Rəydən imtina – auditor zəruri məlumatları əldə edə bilmədiyi üçün nəticə verə bilmir.
Vergi auditi nəticəsində verilən rəy müəssisənin etibarlılıq səviyyəsini müəyyən edir və vergi orqanları, investorlar və kreditorlar üçün mühüm məlumat mənbəyinə çevrilir.
Milli və beynəlxalq hüquqi normalar
Azərbaycan Respublikasında vergi auditi “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanunu, Vergi Məcəlləsi və Azərbaycan Respublikasınən Auditorlar Palatasının qərarları ilə tənzimlənir. Bu sənədlərdə audit xidmətinin prinsipləri, auditorların hüquq və vəzifələri, eləcə də audit rəyi formalarının tələbləri müəyyən edilir.
Beynəlxalq səviyyədə isə vergi auditinin hüquqi əsaslarını Beynəlxalq Audit Standartları (ISA) Beynəlxalq Mühasiblər Federasiyası (IFAC) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən müəyyən edilmiş vergi şəffaflığı prinsipləri təşkil edir.
Azərbaycanın bu beynəlxalq normalara inteqrasiyası ölkədə audit xidmətlərinin keyfiyyətini artırır və maliyyə hesabatlarının beynəlxalq bazarlarda tanınmasına imkan yaradır.
| İşgüzar tərəfdaşımız “Audit.Az” MMC-nin auditi xidmətlərindən istifadə edin. Şirkətin auditorları: • səhvləri, mümkün riskləri müəyyən edəcək; • onları aradan qaldırmaq, mümkün qədər azaltmaq üçün yollar göstərəcək; • qanun çərçivəsində ehtiyatları aşkar edəcək (işin həcmindən asılı olaraq əlavə müqavilə istisna olunmur); • səyyar vergi yoxlamaları öncəsi lazımi işlərin görülməsinə yardım edəcəklər. Daha ətraflı məlumat üçün buraya keçin. |
Audit xidmətinin mərhələləri
Audit həm daxili audit xidməti, həm də müstəqil auditor təşkilatları və ya lisenziyalı auditorlar tərəfindən həyata keçirilə bilər. Kim tərəfindən keçiriliməsindən asılı olmayarq belə yoxlamanı şərti olaraq aşağıdakı mərhələlər bölmək olar.
- hazırlıq;
- auditin aparılması;
- audit rəyinin hazırlanması.
6.1. Hazırlıq mərhələsi
Vergi auditinə başlamazdan əvvəl mütəxəssis şirkətin fəaliyyət sahəsi ilə tanış olur, qanunvericilik sənədlərini öyrənir, şirkətdə tətbiq olunan vergi sistemi haqqında məlumat toplayır. İlk təəssürat müəssisə, onun maliyyə strukturları haqqında dəqiq rəy formalaşdırmaqla yanaşı, həm də sonrakı audit üçün əsas olacaqdır.
Vergi auditi xidmətinin mütəxəssislərini hazırlıq mərhələsində aşağıdakılar maraqlandırır:
- Şirkət hansı vergiləri hansı vergitutma sistemi ilə ödəyir?
- Müəssisədə vergi uçotunun təşkilini necə qiymətləndirmək olar?
- Vergi uçotunun təşkilində qanunvericiliyin tələbləri ilə ziddiyyətlər varmı?
- Maliyyə işçilərinin səriştəsi hansı səviyyədədir?
- Şirkətdə daxili maliyyə nəzarəti sistemi varmı?
6.2.Vergi auditinin aparılması
Auditorun əsas məqsədi vergi hesabatlarının etibarlılığını yoxlamaqdır. Bu zaman o, artıq icra olunmuş ödənişlər üzrə sənədlərlə işləyir. Həmin ödənişlər üzrə hesablamaların düzgünlüyünə əmin olmaq üçün mütəxəssislər mühasibin bütün hərəkətlərini təkrarlayır, aşağıdakı suallara cavab axtarır:
- Ödənilmiş vergi məbləği düzgün hesablanıb?
- Hesablamalar üzrə təsdiqedici sənədlər varmı?
- Vergi dərəcəsi düzgün tətbiq olunubmu?
- Şirkətin AR Vergi Məcəlləsinə uyğun vergi güzəştləri tətbiq etmək hüququ varmı?
- Bütün sənədlər, o cümlədən vergi bəyannaməsi düzgün doldurulubmu?
- Büdcə ödənişləri üzrə müddətlərə əməl olunubmu?
- Şirkət AR qanunvericiliyinə, xüsusən də Vergi Məcəlləsinin tələblərinə əməl edibmi?
Nəzərə almaq lazımdır ki, vergi auditinin bu mərhələsində mütəxəssis çoxlu sayda sənədlərə baxmalıdır. Belə sənədlərə nümunə kimi əmrləri, vergi bəyannamələrini, ödəniş tapşırıqlarını, qaimə-fakturaları, uçot jurnallarını və digərlərini nümunə kimi göstərmək olar.
6.3.Audit rəyinin hazırlanması
Vergi auditi çərçivəsində, auditor şirkət rəhbərliyinə vergi hesablamalarında mövcud səhvlərin tam siyahısını təqdim edir. Bundan əlavə, auditor bu səhvləri aradan qaldırmaq, habelə riskləri azaltmaq üçün öz tövsiyələrinin təqdim edir. Audit yoxlaması yoxlamanın tərkib hissəsi kimi vergi yükünün qanuni optimallaşdırılması üçün əsaslar da tapılır. Məsələn, vergitutma rejiminin dəyişdirilməsi, sıfır ƏDV ödənilməsi və ya artıq ödənilmiş ƏDV-nin qaytarılması və sair. Bu cür tövsiyələr də audit rəyinə daxil edilir.
| “Audit.Az” MMC müxtəlif biznes subyektlərinə, o cümlədən yerli və xarici şirkətlərə təklif etdiyi vergi auditi xidməti riskləri minimuma endirəcək, maliyyə ehtiyatlarını müəyyən edəcək, sizə vergi yoxlamalarına hazırlıqa kömək edəcək. Şirkətin auditorları yüksək keyfiyyətə, problemlərin kompleks həllinə, məxfiliyə zəmanət verir. Qiymətlər fərdidir, işin həcminə görə, qarşılıqlı razılaşma əsasında müəyyən olunur. Daha ətraflı məlumat üçün buraya keçin. |
Vergi auditinin üstünlükləri
Vergi auditi Azərbaycan iqtisadiyyatında maliyyə şəffaflığının və vergi intizamının təmin edilməsində mühüm vasitədir. Onun düzgün tətbiqi sahibkarlıq mühitində etimad yaradır, dövlətin gəlir bazasını gücləndirir və beynəlxalq investorlar üçün cəlbedici şərait formalaşdırır.
Peşəkar auditorların iştirakı ilə aparılan vergi auditi müəssisələr üçün yalnız yoxlama deyil, həm də inkişaf alətidir. Audit rəyi isə həmin prosesin etibarlı nəticəsini təsdiq edən əsas sənəddir.
Beləliklə, vergi auditi — müasir iqtisadi idarəetmənin ayrılmaz tərkib hissəsi, audit və şəffaflıq prinsiplərinin birgə tətbiqi ilə qurulan etibarlı nəzarət mexanizmidir.

