» » » Vergi auditi barədə bilmədiklərimiz (1-ci hissə)

Vergi auditi barədə bilmədiklərimiz (1-ci hissə)

posted in: Audit, Məqalə, Vergi, Xəbər | 0

Vergi auditinin obyektləri, məqsədləri və vəzifələri

1-ci hissə

Vergi auditi audit sistemində xüsusi, ayrı bir istiqamətdir. “Vergi auditi” termini nisbətən yaxın keçmişdə yaranıb və hələ də həmin terminlə bağlı mübahisələr davam etməkdədir.

Vergi auditinin obyekti iqtisadi subyektin mühasibat uçotu və vergi hesabatı, habelə onun əsas sənədləri, vergi rəyləri, müqavilələr və digər sənədlərdir.

Vergi auditinin üç əsas məqsədi vardır:

  • Ödəniləcək vergilərin məbləğinin hesablanmasının düzgünlüyünü müəyyənləşdirmək;
  • Vergilər və ödənişlər haqqında qanunvericiliyin pozulmasına dair mümkün iddia və cəzalarla bağlı xəbərdarlıq edilməsi (vergi ödəyicisi – müştərinin qabaqlayıcı müdafiəsi);
  • Müştəri təşkilatının vergitutma sisteminin daha da optimallaşdırılması üçün müştəri rəhbərliyinə zəruri məlumatlar verilməsi.

 Vergi auditi aparılarkən aşağıdakı məsələlər həll olunur:

  • Hesablanmış və ödənilmiş vergilərin vergi qanunvericiliyinin normalarına müvafiqliyi ilə bağlı vergi öhdəliklərinin auditi;
  • Vergitutmanın optimallaşdırılması və planlaşdırılması;
  • Maliyyə və iqtisadi fəaliyyətin həyata keçirilməsində vergitutma problemlərinin diaqnostikası;
  • Vergi ödəmələrinin hesablanması və qarşılıqlı tərəfdaşlarla hüquqi münasibətləri nəzərə almaqla vergi güzəştlərindən istifadə metodologiyasının təhlili;
  • Bəyannamələrin hazırlanmasının düzgünlüyünü və müştərinin bütün və ya ayrı-ayrı vergi növləri üzrə verilmiş hesabatlarının yoxlanılması.

Bundan əlavə vergi auditi bu məsələlər üzrə sübutlar əldə etməlidir:

  • Vergi bazasının formalaşdırılmasının düzgünlüyü, qanunsuz olaraq istisna edilən maddələrin olmaması;
  • Büdcə qarşısında cari vergi öhdəlikləinin mühasibat uçotu və vergi hesabatında əks olunması;
  • Təxirə salınmış vergi məbləğlərinin maliyyə hesabatlarında mövcud mühasibat prinsiplərinə uyğun əks olunması;
  • Maliyyə hesabatlarında məlumatların düzgün qiymətləndirilməsi ilə təsnifləşdirilməsi (gəlir vergisi, cari vergi öhdəliyi, təxirə salınmış vergi aktivləri və öhdəlikləri və s.);
  • İqtisadi subyekt tərəfindən vergilərin və digər ödənişlərin büdcəyə tam şəkildə və vaxtında ödənilməsi.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *