fbpx

Azərbaycanda ilk dəfə olaraq bu sahədə xüsusi vergi güzəştləri tətbiq ediləcək

posted in: Vergi, Xəbər | 0
birbank biznes

vergi güzəştləriAzərbaycanda ilk dəfə olaraq pərakəndə satışla məşğul olan ticarət məntəqələrində və ictimai iaşədə xüsusi vergi güzəştləri tətbiq ediləcək.

Bu yenilik Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdə nəzərdə tutulur. Yeniliyə əsasən, mağaza və restoranlarda POS-terminallar vasitəsilə aparılan əməliyyatlara 25 vergi güzəşti veriləcək.

Məcəlləyə əlavə edilən yeni maddədə deyilir ki, pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti və ictimai iaşə fəaliyyəti ilə məşğul olan sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən büdcəyə ödənilməli olan verginin məbləği 3 il müddətinə POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi hasilatdakı xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində azaldılır. Bu güzəştin alınması hüququ müəyyən edilərkən, vergi orqanında uçotda olan şəxslər tərəfindən POS-terminal vasitəsilə aparılan ödənişlərin məbləği nəzərə alınmır.

3 illik müddət isə 2020-ci ilin əvvəlindən deyil, 2019-cu ilin əvvəlindən hesablanacaq.

Mənbə: fed.az



Print Friendly, PDF & Email
error: Content is protected !!