Vergi bəyannamələrinin hazırlanması xidməti

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Vergi hesabatlarının hazırlanması

Vahid dövlət reyestrində qeydiyyatdan keçən vergi ödəyiciləri qanunla müəyyən edilmiş müddətlərdə vergi hesabatlarını hazırlamalı və təqdim etməlidirlər. Vergi hesabatlarının və bəyannamələrin hazırlanması hər bir sahibkarın borcudur. Amma hesabat səhv tərtib olunarsa, vergi xidməti onu sadəcə qəbul etməyəcək. Nəticədə hər bir sütunu yenidən yoxlamalı və uyğun düzəlişlər etməlisiniz. Bunun ləngiməsi yoxlamalar, maliyyə sanksiyaları və digər problemlər deməkdir.

Bakıda fəaliyyət göstərən konsaltinq şirkəti Accounting.Az sizə vergi hesabatları və bəyannamələrin hazırlanması xidmətini təklif edir. Şirkətin təklif etdiyi xidmətlər çoxşaxəlidir, bu da onlardan biridir.

Şirkətin əməkdaşları:

  • aylıq, rüblük, illik vergi bəyannamələrini tərtib edir;
  • onları müvafiq qaydada vergi qurumlarına vaxtında təqdim edir;
  • habelə, Dövlət Vergi Xidməti orqanlarına təqdim etmək üçün ərizə, məlumat, arayışlar hazırlayır.

Vergi hesabatları və bəyannamələrin hazırlanması xidməti sizə:

  • maliyyə sanksiyaları və faizlərdən;
  • bank hesablarının bloklanmasından;
  • vergi orqanları ilə mübahisələrdən yayınmağa kömək edəcək.

Prosedur hüquqi və sahibkarlıqla məşğul olan fiziki şəxslər tərəfindən hesablanan və ödənilən vergilərin məbləği haqqında məlumatları ehtiva edən sənədlər toplusunun formalaşdırılmasını əhatə edir.

Accounting.Az konsaltinq şirkəti tərəfindən təklif edilən vergi hesabatlarının və bəyannamələrinin hazırlanması xidməti risksiz və cəriməsiz biznesə təminat verir.

Vergi bəyannamələrinin hazırlanması xidmətinə nələr daxildir?

Vergi hesabatları və bəyannamələrinin hazırlanması xidməti çərçivəsində Accounting.Az konsaltinq şirkəti tərəfindən hazırlanan sənədlərin tərkibi biznesin xüsusiyyətlərindən asılıdır. Vergitutma formasından asılı olaraq müxtəlif bəyannamələrin hazırlanması tələb oluna bilər, məsələn:

  • gəlir vergisinin bəyannaməsi;
  • mənfəət vergisi bəyannaməsi;
  • sadələşdirilmiş verginin bəyannaməsi;
  • əlavə dəyər vergisinin bəyannaməsi;
  • aksiz bəyannaməsi;
  • muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat);
  • əmlak vergisinin bəyannaməsi və sair.

Sahibkarlıq subyekti hesabat dövründə heç bir fəaliyyət göstərməsə, maliyyə əməliyyatları aparmasa və heç bir mənfəət əldə etməsə belə, bəyannamə hazırlayıb təqdim etməlidir. Bu halda, “sıfır” hesabat hazırlamaq lazımdır.

WhatsApp-a  (+99450 225 82 05) yazın yaxud  “Geriyə zəng” xidmətindən istifadə edin. Bəyannaməni düzgün doldurulmasında  sizə kömək edərik!

Sizə qanunvericiliyin tələblərinə uyğun ərizə, məlumat formaları və arayışların hazırlanmasında da  bizim əməkdaşların xidmətindən istifadə edə bilərsiniz.

Accounting.Az konsaltinq şirkəti ilə əməkdaşlığın üstünlükləri

Tam xidmət çeşidi – mühasibat, kadr uçotu, vergi hesabatlarının hazırlanması, mühasibat və konsultasiyası kimi geniş xidmət çeşidi təklif edilir;

Autsorsinq imkanı – xidmətlər autsorsinq əsaslıdır, sizin tərəfdən əlavə iş yerlərinin maliyyələşməsinə ehtiyac yoxdur;

İnteqrasiya və asanlıq – müştərilərinin işini asanlaşdırmaq üçün müxtəlif avtomatlaşdırılmış uçot sistemlərinə (məsələn, “1C: Mühasibat) kabinetlə inteqrasiya imkanları təklif edir.

Praktiki kurslar şirkət, “Praktiki bəyannamə və hesabatların hazırlanması” kursu təklif edir. Bu kurs, vergi hesabatları və bəyannamələrin hazırlanması istiqamətində təhsil alaraq yeni bacarıqlar əldə etmək, habelə öz bilik və bacarıqların yeniləmək istəyənlər üçün hazırlanmışdır.

Vergi bəyannaməsinin hazırlanması prosesi, vergi məcəlləsinə uyğun olaraq hazırlanmış sənədlərin tərtibi, Bəyannamə Tərtibat Proqramından (BTP-dən) istifadə edilməsi və s. addımları özündə birləşdirir.

Vergi bəyannamələrinin hazırlanması xidmətinin qiyməti

Xidmətin qiyməti sifarişçidə tətbiq edilən vergitutma sistemindən, fəaliyyətin növü və sair bu kimi amillərdən asılıdr. Accounting.Az konsaltinq şirkətinin təqdim etdiyi kalkulyator vasitəsi ilə qiyməti özünüz də hesablaya bilərsiniz.

 

 

Print Friendly, PDF & Email