“Vergi inzibatçılığı” adlı dərslik nəşr edilib

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Vergilər Nazirliyinin Tədris Mərkəzi tərəfindən “Vergi inzibatçılığı” adlı dərslik hazırlanaraq nəşr edilib.

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən bildirilib ki, dərslikdə vergi inzibatçılığının iqtisadi mahiyyəti, təşkilati funksiyaları, prinsipləri, eləcə də, təcrübi aspektləri təqdim olunub.

Kitabda səyyar vergi yoxlamalarının, operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi, təqdim edilmiş bəyannamələrin kameral yoxlanılması, vergi borclarının alınması prosedurları, vergiödəyicilərinin qeydiyyatı və uçotu, vergiödəyicilərinə xidmətlə bağlı məsələlər, koordinasiya və kargüzarlıq barədə mövzular öz əksini tapıb.

Dərslik iqtisadi və hüquqi ixtisaslar üzrə təhsil alan tələbələr, magistrlar, doktorantlar, müəllimlər, həmçinin vergi inzibatçılığını müstəqil şəkildə öyrənmək istəyənlər üçün də faydalı olacaq.

Mənbə: azertag.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email