Vergi məcəlləsində kiçik dəyişiklik edilib

posted in: Vergi, Xəbər | 0

Vergi ödəyiciləri, Ezamiyyə xərci, vergi borcu, vergi mükəlləfiyyəti, koronavirusla bağlı fəsil, Vergi Məcəlləsi, vergitutma, Mənfəət vergisi üzrə güzəşt, debitor borclar üzrə – iddia müddətinin bitdiyi vaxt, , maliyyə sanksiyası, Vergi Məcəlləsi, Gəlir vergisi, 102.2.5 maddəsi, 102.2.5 maddəsindəki güzəşt, güzəşt hüququ, satış, fərqlənmə nişanı, EDV, güzəşt, Vergi Məcəlləsi, xərcin çəkilməsi, kassa, vergi mecellesi, Vergi Məcəlləsi, mal, nağd,ÖMV, ƏDV,Əsas vəsaitlər, MMC-nin satılması,Vergi məcəlləsində dəyişiklik edilib. Belə ki Prezident İlham Əliyev bununla bağlı Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Torpaq Məcəlləsində, Mülki Məcəlləsində, Mülki Prosessual Məcəlləsində, Ailə Məcəlləsində, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, Seçki Məcəlləsində, Mənzil Məcəlləsində, Gömrük Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində və Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanun imzalayıb.

Maddə 7. Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583; 2001, № 7, maddə 454, № 9, maddə 576, № 12, maddə 734; 2002, № 5, maddə 249, № 12, maddə 707; 2003, № 8, maddə 425, № 12 (I kitab), maddə 671; 2004, № 1, maddə 1, № 11, maddə 887, № 12, maddə 980; 2005, № 2, maddə 61, № 8, maddə 688, № 12, maddə 1081; 2006, № 12, maddələr 1005, 1026; 2007, № 1, maddə 4, № 6, maddə 597, № 8, maddə 745, № 11, maddə 1053, № 12, maddə 1192; 2008, № 7, maddə 602, № 11, maddə 960; 2009, № 7, maddə 506; 2011, № 1, maddə 14, № 7, maddələr 588, 603, № 12, maddə 1115; 2012, № 6, maddələr 500, 513, № 7, maddə 652, № 9, maddə 841, № 12, maddə 1226; 2013, № 2, maddə 91, № 4, maddə 366, № 11, maddə 1278, № 12, maddələr 1483, 1486, 1495; 2014, № 2, maddələr 94, 98, № 6, maddə 608, № 7, maddə 770, № 8, maddə 957, № 10, maddə 1158, № 12, maddə 1525; 2015, № 1, maddə 11, № 12, maddə 1433; 2016, № 2 (I kitab), maddə 207, № 3, maddələr 396, 402, № 5, maddə 848, № 6, maddələr 973, 974, 1015, № 7, maddə 1245, № 10, maddə 1603, № 11, maddələr 1752, 1792, 1793, № 12, maddələr 2001, 2037, 2046; 2017, № 2, maddə 146, № 5, maddələr 695, 723, 737, № 6, maddə 1055, № 7, maddə 1304, № 8, maddə 1509, № 12 (I kitab), maddələr 2219, 2251, 2270; 2018, № 2, maddə 149, № 5, maddə 863, № 6, maddə 1193, № 7 (I kitab), maddələr 1414, 1427, № 10, maddə 1962, № 11, maddələr 2186, 2210, № 12 (I kitab), maddələr 2498, 2509; 2019, № 1, maddə 30, № 4, maddə 590, № 5, maddələr 796, 801, 804, 812, 814, № 8, maddələr 1364, 1373, 1378, № 12, maddə 1894) aşağıdakı dəyişikliklər edilsin:

7.1. 102-ci maddə üzrə:

7.1.1. 102.2.4-cü maddədə “əlillərinin” sözü “ilə əlaqədar əlilliyi olan şəxslərin” sözləri ilə əvəz edilsin;

7.1.2. 102.3-cü maddədə “II qrup əlillərin” sözləri “II dərəcə əlilliyi olan şəxslərin” sözləri ilə, “əlillərindən” sözü “ilə əlaqədar əlilliyi olan şəxslərdən” sözləri ilə və “şəxslərin” sözü “uşaqların” sözü ilə əvəz edilsin;

7.1.3. 102.4.4-cü maddədə “I qrup əlilə” sözləri “I dərəcə əlilliyi olan şəxsə” sözləri ilə əvəz edilsin;

7.2. 106.2-ci maddənin birinci hissəsində “Əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların ictimai” sözləri “Əlilliyi olan şəxslərin qeyri-hökumət” sözləri ilə, “əlillərdən və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri “əlilliyi olan” sözləri ilə və həmin maddənin ikinci hissəsində “əlillər və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər” sözləri “əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar” sözləri ilə əvəz edilsin;

7.3. 199.1-ci maddədə “əlillərin, sağlamlıq imkanları məhdud uşaqların ictimai” sözləri “əlilliyi olan şəxslərin qeyri-hökumət” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 may 2020-ci il.

Mənbə: president.az

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *