Vergi Məcəlləsinin 98-ci maddəsinin misallarla izahı

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Vergi Məcəlləsi

Sual: 1. Vergi Məcəlləsinin 98.2-ci maddəsində göstərilən-işçinin əldə etdiyi gəlirə görə ödədiyi hər hansı xərc-sinfinə daxil olan xərclərə misal göstərə bilərsiniz?

2. Vergi Məcəlləsinin 98.2.3-ci maddəsinə görə, məsələn, işçilərə verilən danşıq haqqı, kirayə haqqı, benzin bunların hamısı, işçinin vergi tutulan gəlirinə aid olurmu?

3. Vergi Məcəlləsinin 98.2.5-ci maddəsində işəgötürən tərəfindən ödənilən sığorta haqlarına işçilərin icbari həyat sığortası və KASKO sığorta daxildirmi?

4. Vergi Məcəlləsinin 98.4-cü maddəsinin izahının verilməsini və misal çəkilməsini xahiş edirəm.

Cavab 1: Bildiririk ki, sözügedən maddədə işçinin əldə etdiyi gəlirə görə ödədiyi hər hansı xərc nəzərdə tutulur. Belə ki, işəgötürənin istehsal etdiyi və bazar qiyməti (pərakəndə satış qiyməti) 600 manat olan malı aylıq vəzifə maaşı 400 manat olan işçisinə 450 manata təqdim etdikdə, 150 manat (600-450) işçinin müzdlu işdən gəlirinə əlavə edilməklə vergiyə cəlb edilməli olan aylıq gəliri 550 (400+(600-450) manat təşkil edəcəkdir. Maddədə sözügedən xərc isə 450 manatdır (400 manat ə/h + 50 manat işçi tərəfindən ödənilən məbləğ).

Həmçinin bax: Vergi Məcəlləsinin 133.4-cü maddəsinin misallarla izahı

Bax: Vergi Məcəlləsinin 98.2-ci maddəsi.

Cavab 2: Bildiririk ki, sözügedən maddə işəgötürən tərəfindən işçinin fərdi xərcləri kimi qiymətləndirilən xərclərinin əvəzinin ödənilməsinin muzdlu işdən gəlirlərə aid edilməsini müəyyən edir.

Bax: Vergi Məcəlləsinin 98.2.3-cü maddəsi.

Cavab 3: Bildiririk ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sığorta haqqı dedikdə risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta qanunvericiliyinə uyğun olaraq, sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği başa düşülür. Sığorta müqaviləsi isə sığortanın istənilən növünü əhatə edən bir məfhum olduğundan sorğunuzda qeyd olunan hər iki hal sözügedən maddənin əhatə dairəsinə daxildir.

Bax: Vergi Məcəlləsinin 98.2.5-ci maddəsi.

Cavab 4: Bildiririk ki, sözügedən maddəyə uyğun olaraq fiziki şəxsin muzdlu işlə əlaqədar alınan gəliri müəyyən edilərkən, muzdlu işə aid olan gəlirlərin məbləğlərinə və nəzərə alınan xərclərinə işəgötürənin ödəməli olduğu aksizlər, əlavə dəyər vergisi və hər hansı digər vergilər daxil edilir. Məsələn, ƏDV ödəyicisi olan işəgötürən öz işçisinə malı hədiyyə etdiyi halda ƏDV tətbiq etməklə onun dəyərinə əlavə etməli və satış qiyməti ilə işçinin gəlirlərinə aid etməlidir. Müddəanın daha aydın başa düşülməsi üçün belə bir misalı nəzərinizə çatdırırıq: işəgötürən öz istehsalı olan bazar qiyməti (ƏDV-siz) 500 manat dəyərində olan mebel dəstini aprel ayında öz işçisinə hədiyyə vermişdir. Bu halda mebel dəstinin dəyərinə 18% dərəcə ilə 90 manat (500*18%=90) ƏDV tətbiq edilməlidir. Gəlir vergisi hesablanarkən ƏDV daxil olmaqla 590 manat (500+90=590) işçinin vergi tutulan aylıq gəlirinə əlavə olunur.

Bax: Vergi Məcələsinin 98.4-cü maddəsi.

Həmçinin bax: Vergi Məcəlləsinin 14.3.3-cü maddəsinin misallarla izahı

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email