Vergi Məcəlləsinin tətbiqi ilə bağlı müşahidələr aparılır

posted in: Vergi, Xəbər | 0

vergi güzəştiAzərbaycanda Amerika Ticarət Palatası (AmCham Azərbaycan2019-cu ilin yanvarın 1-dən qüvvəyə minən yeni Vergi Məcəlləsinin tətbiqi ilə bağlı müşahidələr aparır.

Bunu “AmCham Azərbaycan”ın prezidenti Nuran Kərimov deyib.

N. Kərimovun sözlərinə görə, müşahidələrin sonunda hökumətə hər hansı təkliflər verilə bilər.

“AmCham Azərbaycan” prezidenti Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatlarının istifadə edilməsi ilə bağlı Vergilər Nazirliyinin atdığı addımları alqışladığını bildirib:

“Düşünürəm ki, bu şəffaflığın daha da yüksəlməsinə və vergi yığımlarının artmasına səbəb olacaq”.

Qeyd edək ki, “AmCham Azərbaycan” hər iki ildən bir “White paper” (Ağ vərəq) adlı təkliflər hazırlayaraq hökumətə və Azərbaycan Prezidentinə təqdim edir. Bu sənəddə gömrük, vergi, bank sektoru, miqrasiya, insan resursları sahələrində islahatların aparılması ilə bağlı təkliflər yer alır. Sonuncu dəfə belə sənəd 2018-ci ildə hazırlanıb.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *